İdarə Heyəti sədrinin mesajı
Hörmətli
xəstələrimiz, iş ortaqlarımız və işçilərimiz,
Batıgöz
Sağlamlıq Qrupu olaraq, 2004-cü ildə çıxdığımız bu yolda "xidmətdə keyfiyyət
və güvən" anlayışımız, bizə üstünlük verilən və tövsiyə olunan bir marka olmağımızın
müvəffəqiyyətini gətirdi. Qazandığımız uğurlar, sadəcə açdığımız filiallarımız
deyil; 14 ildir mütəmadi olaraq təmsil etdiyimiz dəyərlər, etik iş prinsipləri
və bir komanda olmağın əhəmiyyəti bizim inancımızdır.
Güclü və öz
sahəsində mütəxəssis komandamızla ən son texnologiya və müalicə metodlarından
istifadə edərək təqdim etdiyimiz xidmətlərimiz, bizlərə rəqiblərimizdən seçilən
və hörmət edilən bir təşkilat olmağın xoşbəxtliyini yaşadır. Xaricdəki
filiallarımızla beynəlxalq bir marka olmaq yolunda əmin addımlarla
irəliləyirik. Məqsədimiz xəstə məmnuniyyətini ən yüksək səviyyəyə qaldıraraq etibarlı
və keyfiyyətli xidmətlərimizlə davamlı böyümə hədəflərimizə uyğun olaraq
işimizi davam etdirməkdir.
Batıgöz
Sağlamlıq Qrupu olaraq, həm Türkiyədə həm də xaricdə yaşanan inkişaf
proseslərində; əlaqə keyfiyyətini artıran, risklərin daha təsirli idarə
olunmasını təmin edən, brendləşmə ilə birlikdə etibar və prestij qazandıran
korporativ idarəetmə dinamikasına böyük əhəmiyyət veririk. Şərtlərdən asılı olmayaraq
həll yönümlü yanaşmamızdan imtina etmirik və xidmətlərimizlə yanaşı strateji
səriştəmizi ən yüksək səviyyədə saxlamağa çalışırıq.
Çıxdığımız
bu yolda, bizə güc verdiyinizə və nailiyyətlərimizi davamlı hala gətirdiyinizə
görə hər birinizə ayrı-ayrılıqda təşəkkür edirəm.
Batıgöz
Sağlamlıq Qrupu
İdarə
Heyətinin Sədri
Op. Dr.
Mehmet SÖYLER