Anadangəlmə Katarakt
Katarakt,
gözümüzün içərisindəki linzanın yəni öz təbii mərcəyimizin şəffaflığını itirərək
bulanıqlaşmasıdır. İrəliləmiş katarakt əsasən sonrakı yaşlarda ortaya çıxır.
Yaş irəlilədikcə bədənimizin hər orqanı kimi göz və xüsusilə göz linzasında
pozulmalar meydana gəlir və linza bulanıqlaşır.
Anadangəlmə katarakt nədir?
Katarakt daha irəli yaşlarda
rastlanan bir xəstəlik olaraq bilinsə də, bəzən körpəlik çağında və ya doğuşdan
dərhal sonra da rastlamaq mümkündür. Kataraktın doğuşdan etibarən görülməsinin
səbəbləri arasında; qohum evlilikləri, ananın hamiləlik zamanında istifadə etdiyi dərmanlar, inyeksiyalar, körpə
hələ ana bətnində embrion olarkən radiasiyaya məruz qalması və siqaret istifadəsi
kimi xarici amillər var. Körpələrdəki kataraktın erkən zamanda (ilk 12 həftədə)
diaqnoz qoyulub əməliyyat edilməsi çox vacibdir. Yetişkinlərdə 3 aya qədər
müdaxilə edilmədikdə çox problem yaratmazkən körpələrdə erkən müdaxilə etmək
olduqca vacibdir.
Körpələrdə katarakt necə
ortaya çıxır?
Körpənin gözləri ağdırsa
və işığa reaksiya vermirsə, dərhal mütəxəssis bir həkimə müraciət edilməli və nəzarət
təmin edilməlidir. Anadangəlmə katarakt bir və ya hər iki gözdə ola bilər.
Katarakt aşkar edildikdə, dərhal müdaxilə edilmədiyi təqdirdə qalıcı görmə
pozğunluğuna səbəb ola bilər. Doğuş zamanı başlanğıc səviyyədə müşahidə olunan
katarakt, kiçik yaşlarda irəliləyə bilər, bu da göz qaçması və çəpgözlüyə səbəb
olur. Görünən simptomlar olmasa da, körpənin anadan olandan bəri həkim tərəfindən
tövsiyə olunan göz müayinəsi aparılması, mümkün xəstəliklərin müalicəsi və
diaqnozu üçün böyük əhəmiyyət kəsb edir.
Anadangəlmə Kataraktın müalicəsi edilir?
Anadangəlmə kataraktın
da tək müalicə metodu əməliyyatdır. İnkişaf etmiş lazer texnologiyası ilə edilən
prosedurlarda körpəlikdən etibarən sağlam bir görmə təmin edilir. 2 yaşından
sonra isə göz daxilinə linza yerleşdirmə metodu da tətbiq oluna bilər. Ən uyğun
müalicə metodlarını həkiminiz məsləhət görəcək. Anadangəlmə kataraktda ən çox
görülən problem göz tənbəlliyi olaraq qarşımıza çıxır. Bunun qarşısını almaq
üçün əməliyyatdan sonra eynək və ya kontakt linza istifadə oluna və ya bağlama
metodu tətbiq oluna bilər.
Körpələrdə müalicə
olunan katarakt böyüdükcə təkrarlana bilər mi?
Katarakt
inkişaf edən toxuma yəni linza çıxarılıb yerinə yeni bir linza qoyulur. Yeni
qoyulan linzada da katarakt inkişaf etməyəcəyi üçün narahatlıq verməz. Anadangəlmə kataraktın
da tək müalicə metodu əməliyyatdır. İnkişaf etmiş lazer texnologiyası ilə edilən
prosedurlarda körpəlikdən etibarən sağlam bir görmə təmin edilir. 2 yaşından
sonra isə göz daxilinə linza yerleşdirmə metodu da tətbiq oluna bilər. Ən uyğun
müalicə metodlarını həkiminiz məsləhət görəcək. Anadangəlmə kataraktda ən çox
görülən problem göz tənbəlliyi olaraq qarşımıza çıxır. Bunun qarşısını almaq
üçün əməliyyatdan sonra eynək və ya kontakt linza istifadə oluna və ya bağlama
metodu tətbiq oluna bilər.
Yaradılma Tarixi : 25.04.2022
Yeniləmə Tarixi : 15.03.2023