Astiqmatik (torik) göz daxili linzalar
Astiqmatizm, miopiya və ya
hiperopiya kimi refraktiv qüsurdur. Astiqmatizmə sahib olan gözün həm uzaq, həm
də yaxın görmə qabiliyyəti pozulduğu üçün bulanıq görüntü meydana gəlir.
Normalda yuvarlaq əşyalar daha oval görünür. Qaranlıqda avtomobil işıqları kimi
işıq əksləri daha çox olur.
Hər insanın müəyyən dərəcədə
astiqmatizmi var. Ancaq bu qüsurun dərəcəsi az olduqda, narahatlığa səbəb
olmur. Astiqmatizm 1 dioptriyadan yuxarı olanda insanların şikayətləri artır.
Buna görə astiqmatizmin müalicəsi vacibdir. Bu proses, eynək və ya kontakt
linzalar vasitəsilə simptomu aradan qaldırmaq və ya lazer cərrahi əməliyyatı
ilə müalicə şəklində ola bilər.
Göz daxili linzalar
Əsasən həm yaxın, həm də
uzaq görmə çətinliyi olan hiperopik xəstələr və ya 40 yaşdan yuxarı görmə çətinliyi
olan xəstələr üçün tətbiq olunur. Bu müddət ərzində, öz funksiyasını itirmiş təbii
göz oxu çıxarılaraq yaxın, orta və uzaq məsafəni aydın görməni təmin edən,
çoxfunksiyalı süni göz içi linza yerləşdirilir. Bu ağıllı linzalar, şüaları məsafələrinə
görə sındıraraq, insanların ehtiyacına uyğun şəkildə istiqamətlənir.
Astiqmatik göz içi linzalar
nədir?
Bunlara əlavə olaraq, astiqmatizmi müalicə
etmək məqsədi ilə istehsal olunan,
xüsusi torik göz içi linzalar da istifadə edilə bilər. Hal hazırda bazarda həm
uzaq, həm yaxın, həm də orta məsafəli (ağıllı linzalar) göz içi linzaların
astiqmatik (torik) modelləri mövcuddur.
Astiqmatlı göz daxili linza əməliyyatı necə tətbiq olunur?
Xəstənin
lazımi müayinələri edilib, ölçmələri alındıqdan sonra həkim tərəfindən xəstəyə ən
uyğun olan astiqmatlı göz daxili linzanın modeli təyin olunur. Astigmatlı göz
daxili linza əməliyyatı normal bir katarakt əməliyyatından fərqlənmir.
Katarakt əməliyyatı
kimi damla anesteziyası ilə həyata keçirilir. Gözün içindəki təbii linza
çıxarılır və yerinə astiqmatik (torik) göz içi linza qoyulur. Yalnız son mərhələdə
yerləşdirilmiş astiqmatlı göz daxili linza uyğun astiqmatizm oxuna yerləşdirilir.
Əməliyyatdan sonra bağlanan sarğı ertəsi gün
müayinə zamanı həkim tərəfindən açılır. Xəstə eyni gündə görməyə başlayır və
gündəlik həyatına eynəksiz davam edir. Eyni prosedurları digər göz üçün tətbiq
etdikdən sonra, müəyyən bir müddət damcı istifadəsinə əlavə olaraq həftəlik və
aylıq həkim yoxlamaları aparılır. Nəticə etibarilə, astigmatizm olan göz içi
linzalar sayəsində xəstə astiqmatizm şikayətlərindən qurtulur.
Astiqmatlı göz içi linzalar
kimlər üçün uyğun deyil?
Göz içi linzalardan istifadə
edəcək xəstələrin hərtərəfli müayinəsi çox vacibdir. Diabet xəstələrində, sarı
nöqtə şikayəti olan, qlaukoma (göz təzyiqi) xəstələrində multifokal əvəzinə
monofokal torik linzalar istifadə edilə bilər. Multifokal torik göz içi
linzalar bu xəstələr üçün istifadə edilə bilməz. Bu səbəbdən, xəstənin mütəxəssis
həkim tərəfindən diqqətlə müayinə edilib və ölçüləri alınaraq əməliyyata uyğun
olub olmadığına qərar verilməlidir.
Katarakt cərrahiyyəsində
astiqmatizm
Katarakt xəstələri
müayinə edildiyi zaman, xəstələrin 1/3-də 1-1,5 dioptriya və ya daha çox
astiqmatizmin olduğu müşahidə edilir. Belə halda, əməliyyat zamanı istifadə olunan
göz içi linzanın astiqmatizmli (torik linza) olması daha faydalıdır. İstifadə
edilmədikdə isə, əməliyyatdan sonra xəstənin gündəlik həyatda astiqmatizm
şikayəti həll olunmadığı üçün eynəkdən asılılığı davam edəcəkdir. Eynək və ya
kontakt linzalar, həmçinin göz içi linzalar astiqmatizmsiz ola bilməz.
Yaradılma Tarixi : 23.09.2022
Yeniləmə Tarixi : 02.05.2023