Gözümüzün ön səthində
kornea adlanan şəffaf bir təbəqə var. Kornea səthində yaranan pozğunluqlar
astiqmatizmə, bu isə işığın refraksiyasına səbəb olur, bunun nəticəsində də
cismlərin görünüşü bulanıqlaşır.
Bir çox
insanda astiqmatizmə rast gəlinir və belə
halda heç bir müalicəyə ehtiyac olmur. Astiqmatizm tez-tez miopiya və
hiperopiya kimi refraktiv qüsurlarla
birlikdə ortaya çıxır. Hər yaşda rastlana bilər.
Astiqmatizmin
səbəbi
Astiqmatizm
irsi ola bilər, korneanın tədricən incəldiyi keratokonus xəstəliyindən qaynaqlana
və ya sonradan keçirilən qəza, ya da travma (əməliyyat, yaralanma) nəticəsində
də formalaşa bilər. Gənc yaşda yüksək dərəcəli
astiqmatizminiz varsa, keratokonusunuz araşdırılmalıdır. Bunun üçün kornea
topoqrafiyasını ala biləcəyiniz bir mərkəzdə müayinədən keçməyiniz çox
vacibdir.
Astiqmatizmin
simptomları
- Bulanıq və zəif görmə
- Baş ağrısı
- Gecə görmə keyfiyyətinin zəifləməsi
Astiqmatizmin
dərəcələri
Astiqmatizm
refraktiv qüsur olduğundan, xəstənin yazıları və şəkilləri aydın şəkildə görməsini
çətinləşdirir. Gözündə refraktiv qüsur olan bir çox xəstədə astiqmatizm
sonradan inkişaf edə bilər. Miyopiya və hipermetropiya kimi xəstəliklərlə
birlikdə müşahidə edilə bilər. Bu səbəbdən mütəmadi olaraq, göz müayinəsi
etdirmək çox vacibdir.
Astiqmatizmlə əlaqədar
olaraq eynək taxmasına da eytiyac yarana bilər. Burada vacib olan məqam
astiqmatizm dərəcəsidir. Məsələn, dərəcəsi çox aşağı olan xəstənin eynək
taxmasına ehtiyac olmaya bilər. Ancaq yaş artdıqca, astiqmatizm dərəcələri də
sürətlə artır. Gənc xəstələrdə əməliyyatla astiqmatizm aradan qaldırıla bilər,
yaşlılarda isə əksinədir.
0.50-1.00
arasındakı astiqmatizm dərəcələri
Bu insanların
eynək taxmasına ehtiyac yoxdur, lakin gələcəkdə baş verə biləcək hər hansı bir
irəliləyiş üçün mütəmadi göz müayinəsi vacibdir.
1,00-4,00
arasındakı astiqmatizm dərəcələri
Bu dərəcəyə
malik insanların digər refraktiv qüsrları da mövcuddur. Miyopiya və ya
hipermetropiya əlamətləri də olduğu üçün eynək taxılması tələb olunur. Bu xəstələrin
müntəzəm olaraq göz müayinəsi etdirməsi
çox vacibdir.
4,00 və daha yüksək göz dərəcələri
Bu insanlar
mütləq göz müayinəsinə daha ciddi yanaşmalıdırlar, əks təqdirdə bu, digər göz
problemlərinə də səbəb ola bilər. Eynək istifadə edərkən daha da diqqətli olmaq
çox vacibdir, çünki diqqət edilmədiyi təqdirdə astiqmatizm dərəcələri sürətlə
inkişaf edə bilər.
Astiqmatizm
Testi
İnternetdə görmə
qabiliyyətinizi sadə bir şəkildə ölçməyinizə şərait yaradan bir sıra testlər
mövcuddur, ancaq bu qədər geniş yayılmış və sürətlə irəliləyən bir xəstəliyin
diaqnozunun qoyulması və müalicəyə ən qısa müddətdə başlamaq üçün mütəxəssis həkim müayinəsi tövsiyə olunur. Diaqnoz
zamanı, zəruri hallarda, optik sinir və retinanın yaxından müayinəsi zamanı göz
bəbəkləri göz damlaları ilə genişləndirilərək müayinə olunur.
Astiqmatizmin
dərəcəsi azalır mı?
Mütəxəssis həkim
tərəfindən astiqmatizm növünə və xəstənin yaşına uyğun olaraq, müalicə üsulu
tövsiyə olunur, ilk etapta reseptli eynək
və ya linzaların istifadəsi məsləhət görülür.
Astiqmatizmin
müalicəsi
Günümüzdə
astiqmatizm, müalicəsi olan görmə qüsurudur və yeganə müalicə metodu lazer əməliyyatıdır. Yetkinlik
yaşındasınızsa, hamiləlik və ya əmzirmə periodunda deyilsinizsə, diabet ya da
revmatizm xəstəliyiniz, keratokonus və göz təzyiqi problemleriniz yoxdursa, göz
dərəcələrinizdə artım müşahidə olunmursa, lazer müalicəsi ilə astiqmatizm dərəcənizi azalda
və ya tamamilə bu problemi ortadan qaldıra bilərsiniz.
Astiqmatizm
əməliyyatı
LAZER-
miyopiya, hipermetropiya və aşağı dərəcəli astiqmatizmin müalicəsində istifadə
edilən və refraktiv cərrahiyyədə bütün dünyada tətbiq olunan ən geniş yayılmış
üsuldur.
Lazer əməliyyatının
bir neçə növü var:
Birincisi,
Lasik adlandırılan, qapaqcıq (flap) yaradaraq həyata keçirilən əməliyyatlardır.
Bu əməliyyatlarda toxumaya çatmaq üçün kornea üzərində bıçaqlı və ya bıçaqsız
lazerlə qapaqcıq yaradılır, toxumaya çatıb proseduru həyata keçirdikdən sonra
bu qapaqcıq örtülür. Bu prosedurdan sonra xəstə daha yaxşı görməyə başlayır.
Ağrı, yanma və batma kimi şikayətlər ya olmur, ya da qısa müddətli olur.
Digər növ PRK
Lasek tipli səthi əməliyyatlardır. Bu tip cərrahiyyə əməliyyatında korneada heç
bir kəsik edilmir. Yalnız buynuz qişanın üst hissəsindəki epiteliya toxuması
soyulur və lazer birbaşa xəstənin korneasına tətbiq olunur. Kornea səthini
qorumaq üçün əməliyyatdan sonra 2-3 gün ərzində kontakt linzalar taxılmalıdır.
Bu prosedurdan sonra aydın bir görmə səviyyəsinə çatmaq 3-4 həftə çəkə bilər.
Lazerdən sonra 3-4 gün ərzində ağrı, batma, sulanma və bulanıq görmə kimi
hallar müşahidə oluna bilər.
SMILE lazer isə ən yeni, 3-cü nəsil refraktiv lazer əməliyyatıdır.
Lasikdə lazer tətbiq etmək üçün böyük bir kəsik tələb olunsa da, SMILE-də bu kəsik
2 mm-ə endirilir. SMILE prosedurunda cərrah, femtosaniyəli lazerdən istifadə edərək
korneada linza şəklində kiçik bir toxuma (lentikul) yaradır. Daha sonra eyni
lazerlə kornea səthində kiçik kəsik açılır və cərrah lentikulu bu kəsikdən
çıxarır. Kiçik lentikul çıxarıldıqda miyopiya düzəldilərək kornea şəkli dəyişdirilir.
Kornea kəsiyi tikişsiz bir neçə gündə sağalır və kəskin görmə çox tez bir
zamanda bərpa olunur. Bu səbəblə sağalma prosesi sürətli baş verir və quru göz,
ağrı, batma kimi problemlər olmur, eyni zamanda bu prosedurlara uyğun olmayan xəstələrə
No-Touch Lazer müalicəsi tətbiq edilə bilər.
No-touch
Lazer (TransPRK) tətbiqi
Refraktiv qüsuru aradan qaldırmaq üçün istifadə olunan üsullardan
biridir. İlk nəsil lazer əməliyyatı olsa da, məhdud hallarda etibarlı şəkildə tətbiq
oluna bilər. Adından da göründüyü kimi, gözə təmas olunmadan edilən lazer
müalicəsidir. Xüsusilə təmasdan narahat olan xəstələr üçün rahat bir üsuldur.
Üstünlüklərindən biri də nazik buynuz qişalı xəstələrə tətbiq oluna bilməsidir.
Eynək
istifadə edilməzsə astiqmatizm artar mı?
Bəzi xüsusi
hallar istisna olmaqla, astiqmatizm ümumiyyətlə inkişaf etmir.