Çəpgözlük və müalicə metodları
Çəpgözlük hər
yeni doğulmuş 100 körpədən 4-də rast gəlinən, gözlərin paralelliyinin pozulduğu
bir haldır. Bu, müalicə olunan bir xəstəlikdir. Simptomları, aydın görünə
biləcəyi kimi digər xəstəliklərlə də qarışdırıla bilər, buna görə erkən diaqnoz
çox vacibdir. Müalicə prosesi, insandan-insana fərqlənir.
Xalq arasında
göz qaçması olaraq da bilinən çəpgözlük, gözlərin paralelliyinin itirməsidir.
Bu qaçmalar davamlı, aralıqlı və ya gizli ola bilər. Gözbəbəyimizin yuxarı və
aşağı, sol və sağa, dairəvi hərəkətini təmin edən 6 əzələ var. Strabismus,
bunlardan biri və ya bir neçəsi zəiflədikdə meydana gəlir. Bəzən bir gözdə,
bəzən isə hər iki gözdə rastlanır.
Çəpgözlük əlamətləri və
diaqnozu
Bütün xəstəliklərdə olduğu
kimi, strabismusda da erkən diaqnoz çox vacibdir. Bu səbəbdən körpələrin və
uşaqların rutin göz müayinələri kəsilməməli və davranışlarına nəzarət edilməlidir.
Körpələrdə və uşaqlarda baş verən çəpgözlük, ilk başda fərqli bir tərəfə baxarkən
boynunu fərqli bir istiqamətə çevirməsi ilə özünü biruzə verə bilər. Bundan əlavə,
gözlərdə sulanma, ağrı, cüt görmə, baş ağrısı, gözlərdə paralelliyin itməsi, bulanıq
görmə və üç ölçülü görüntü itkisi, bu simptomların çoxu yalnız həkim müayinəsi
zamanı aşkar edilə bilər.
Çəpgözlüyün səbəbləri
Çəpgözlüyün müxtəlif səbəbləri
ola bilər və insandan-insana dəyişə bilər. Problemli hamiləlik, erkən doğuş,
nevroloji xəstəliklər, qızdırma xəstəlikləri, baş travması, qəzalar, düşmə, əməliyyatlar,
refraktiv qüsurları (miopiya, hiperopiya, astiqmatizm), tənbəl göz, şəkərli
diabet, hipertoniya kimi xəstəliklərdə və ya irsi olaraq müşahidə edilə bilər.
Ailədə qüsurlu bir göz varsa, uşaqda çəpgözlük olma ehtimalı yüksəkdir.
Çəpgözlük müalicəsi
Çəpgözlük əsasən, 2-3 yaş
civarında ortaya çıxır və eynək istifadəsilə tamamilə müalicəsi mümkündür. Eynək
taxmasına baxmayaraq müsbət nəticə alınmayan hallarda cərrahi müalicə tələb
olunur.
Bağlama müalicəsi
Bu müalicə
metodu xəstənin gözündə tənbəllik var isə tətbiq olunur. Sağlam göz müəyyən
aralıqla bağlanaraq, tənbəl gözün işləməsi təmin edilir.
Ortoptik müalicə
(CAM)
Bu müalicə, hər iki gözün
görmə və dərinlik hissini bərpa etmək üçün gözlərə tətbiq olunan kompüter dəstəkli
məşqlərdən ibarətdir və bir növ fiziki müalicədir. Bu müalicə üsulu ilə, çəpgözlük
problemi ortadan qaldırıldığı kimi, avtomobil sürərkən, futbol və stolüstü
tennis kimi məsafəyə və zamana uyğunlaşma tələb edən idman növləri ilə məşğul
olarkən, xəstənin daha rahat hərəkət etməsini təmin edir.
Cərrahi müdaxilə
Tətbiq ediləcək metod çəpgözlüyün
növünə və dərəcəsinə görə dəyişir. Bu müalicə ilə gözümüzdəki 6 əzələdən bəzilərinin
gücü artır, bəziləri azalır və ya bəzilərinin təsir nöqtələri dəyişdirilir.
Strabismus əməliyyatları uşaqlarda ümumi, böyüklərdə lokal və ya ümumi
anesteziya ilə edilə bilər.
Botoks
İflic nəticəsində
meydana gələn çəpgözlüklərdə, əməliyyat olmuş lakin tam sağalmamış, zob səbəbilə
gözündə çəpgözlük formalaşmış xəstələrdə, botoks daha effektivdir və müalicə məqsədilə
istifadə edilə bilər. Strabismusun qalıcı və ya müvəqqəti olmasından asılı
olaraq, müalicə təkrarlana bilər.
Çəpgözlük əməliyyatı
Eynək və məşq
proqramları ilə düzəlməyən hallarda anadangəlmə çəpgözlük əməliyyat ilə müalicə
olunur. Gözbəbəyimizin yuxarı və aşağı, sol və sağa, dairəvi hərəkətini təmin
edən 6 əzələ var. Strabismus, bunlardan biri və ya bir neçəsi zəiflədikdə
meydana gəlir. Strabismus üçün erkən müalicəyə üstünlük verilsə də, yetkin
yaşda müalicə də mümkündür. Əməliyyat ümumi anesteziya altında aparılır.
Əməliyyatdan sonra göz bağlanmır, ağrı olmur, xəstədə cüzi batma hissi olur.
Xəstələr əməliyyatdan 6-7 gün sonra, gündəlik həyatlarına qayıda bilərlər.
Gözlərdə qızartı təxminən 3-4 həftə davam edir və damcıların istifadəsi ilə
azalır.
Yaradılma Tarixi : 27.12.2022
Yeniləmə Tarixi : 13.06.2023