Çəpgözlük, problemli hamiləlik, erkən doğuş, nevroloji xəstəliklər, qızdırma xəstəlikləri,
baş travması, qəzalar, düşmə, əməliyyatlar, refraktiv qüsurlar (miopiya,
hiperopiya, astiqmatizm), tənbəl göz, şəkərli diabet və hipertoniya kimi
səbəblərlə yanaşı, irsi olaraq da ortaya çıxa bilər.
Çəpgözlük əlamətləri
Bütün xəstəliklərdə
olduğu kimi, erkən diaqnoz çəpgözlükdə də çox vacibdir. Bu səbəbdən körpələrin
və uşaqların rutin göz müayinələri kəsilməməli və davranışlarına nəzarət
olunmalıdır. Körpələrdə və uşaqlarda çəpgözlük, əvvəlcə fərqli bir tərəfə baxarkən boynunu fərqli bir istiqamətə
çevirməsiylə görülə bilər. Bundan əlavə, gözlərdə sulanma, ağrı, cüt görmə, baş
ağrısı, gözlərdə paralelliyin itməsi, bulanıq görmə və üç ölçülü görüntü
itkisi, bu simptomların çoxu yalnız həkim müayinəsi zamanı aşkar edilə bilər.
Çəpgözlüyə kimlərdə rast gəlmək mümkündür?
Ailədə çəpgözlük,
göz tənbəlliyi və yüksək refraktiv qüsurları olanlarda çəpgözlüyə daha çox
rast gəlinir. Xəstə yetkin yaşdadırsa əzələ iflici nəticəsində yaranan çəpgözlüyə, əsasən yüksək qan təzyiqi, diabet, damar xəstəlikləri və baş
travması kimi bir vəziyyət səbəb ola bilər. Bəzi göz qaçmaları, anadangəlmə ola
bilər. Yüksək hipermetropiya, miopiya və ya astiqmatizm də göz qaçmasına səbəb
olur. Bəzən müəyyən bir xəstəliklə gələn və davam edən çəpgözlük də mövcuddur; (Daun sindromu, Brown sindromu, Apert sindromu, Edvard sindromu,
Noonan sindromu, Hidrosefaliya kimi). Çəpgözlüyün yaş və cinsiyyətlə ilə heç
bir əlaqəsi yoxdur.
Körpələrdə çəpgözlük
Körpələrdə
bu vəziyyət 2 şəkildə müşahidə edilə bilər; anadangəlmə çəpgözlük və sonradan
formalaşan çəpgözlük (strabismus). Bundan əlavə, ilk 6 ayda körpələrin burun sümükləri formalaşmadığı üçün
yalançı çəpgözlük halına da rast gəlmək mümkündür. Belə bir problemlə
qarşılaşmamaq üçün ilk 6 aydan sonra mütləq göz həkiminə müraciət edilməlidir.
Körpələrdə anadangəlmə sapma varsa, bir yaş yarımında əməliyyat aparılmalıdır.
Əgər sonradan çəpgözlük problemi yaranarsa,
ilk olaraq eynək və göz qapama üsullarından istifadə edilməlidir. Əgər iki
müayinədən sonra çəpgözlük hələ də davam edirsə, o zaman əməliyyata müraciət
edilir. Körpələrə edilən əməliyyatla yetişkinlərə edilən əməliyyat arasında heç
bir fərq yoxdur. Bu əməliyyat ümumi anesteziya altında təqribən 1 saat ərzində
tamamlanır.
Körpələrdə çəpgözlük normal haldırmı?
Yenidoğulmuş körpələrdə çəpgözlük
bir müddət normal qəbul edilir, ancaq 6-cı aydan etibarən bu vəziyyətin yaxşılaşacağı
gözlənilir. Çəplik aralıqlı və ya davamlı ola bilər. Ailə bu vəziyyəti təqib etməli
və əgər gözlərdən birində və ya hər ikisində çəpgözlük davam edərsə, vaxt itirmədən
mütəxəssis bir həkimə müraciət etməlidir. Əks təqdirdə, qalıcı və daha vacib problemlər
yarana bilər. Çəpgözlük, erkən diaqnoz qoyulduğu təqdirdə, müvəffəqiyyətlə
müalicə oluna bilər.
Yetkinlərdə çəpgözlük
Yetkinlərdə çəpgözlüyün
bir çox səbəbi var. Bunlara - qida zəhərlənmələri, Guillain Barre Sindromu,
beyin travmaları, beyin qanaması, şəkər xəstəliyi (diabet), yüksək təzyiq, gözə
gələn zərbələr, dəniz canlısı ya da həşərat dişləməsi nəticəsində yaşanan zəhərlənmələr,
gözdə refraktiv qüsurlar və iflic kimi səbəblər daxildir.
Çəpgözlük məşqləri
Çəpgözlük məşqlərinin məqsədi;
əzələlərdə meydana gələn tarazlıq pozğunluqlarını aradan qaldırmaqdır. Bunun
üçün güclü və zəif göz əzələlərinin fərqli işləməsi üçün hərəkətlər edilir. Bu
bir növ fiziki müalicədir. Gözlər fərqli fokus və çəplik səbəbi ilə təsviri birləşdirə
bilmir, ancaq bu məşqlər sayəsində təsvirin birləşməsi təmin olunur. Gözlər
normal olaraq üç ölçülü görür, lakin bu vəziyyət çəpgözlük ilə pozulur və
görmə dərinliyi itir. Görüntüdəki uyğunsuzluğu aradan qaldırmaq və tarazlığı təmin
etmək üçün məşqlərdən istifadə olunur.
Çəpgözlük məşqlərində, müəyyən
materiallar tətbiq edilir. Bu şəkildə zəif gözlə sağlam göz arasındakı uyğunluq
əldə edilir. Bu müalicə, çəpgözlük problemi olan uşaqlar və ya böyüklər tərəfindən
də sınaqdan keçirilə bilər. Heç bir irəliləmə olmadığı təqdirdə, son çarə
olaraq cərrahi müdaxilə edilir.
Çəpgözlük testi
Xəstənin
görmə problemləri əvvəlcə vizual testlərlə aşkarlanır. Mövcud çəpgözlüyə görmə qüsurları səbəb olursa, əvvəlcə bu qüsur düzəldilir. Görmə testləri ilə xəstənin
gözünün çəplik dərəcəsi də müəyyən edilir. Çəpgözlük üçün testlər əsas çəpgözlük
testi, örtük testi və örtük açma testidir.
Xaricə doğru çəpgözlük (ekzotropiya) müalicəsi
Ekzotropiya olaraq bilinən gözün xaricə
doğru qaçması, çəpgözlüyün uşaqlarda ən çox görülən növüdür,
ancaq yetkinlərdə də görülə bilər. Ümumiyyətlə zaman-zaman olur (intermitan), əvvəlcə
daha az olur, lakin zaman keçdikcə artır. Parlaq və son dərəcə parlaq mühitlərdə
uşağın qaçan gözünün özlüyündən bağlanması ilə nəzərə çarpa bilər. Xüsusilə
uşaq yorğun və ya hərarətli olduqda ekzotropiya özünü göstərir. Çəplik kifayət qədər
böyük və tez-tez olarsa, müalicə edilməlidir.
Eynəklə müalicənin əsas məqsədi, xəstənin
gözlərini mümkün qədər uyğunlaşdırmaq və görmə hissini yaxşılaşdırmaqdır. Bu
müalicə ilə çəpliyin qarşısını qismən almaq və nəzarət etmək olar.
Eynək müalicəsi nəticə vermirsə və gün ərzində
gözün xarici sürüşməsi davamlı və aydın görünürsə, sosial həyat çətinləşirsə, cərrahi
müalicəyə başlanılır. Cərrahi yolla müalicə edilə bilən bu vəziyyətdə vacib
olan nə qədər cərrahi düzəlişin ediləcəyidir. Bu əməliyyatda sürüşmə qeyri-kafi
düzəltmə səbəbindən təkrarlana bilər. Bu səbəbdən sürüşmə bucağının dəqiq
ölçülməsi əməliyyatın müvəffəq olması üçün çox vacibdir.
Göz qaçması eynəklə düzəlirmi?
Bəzi çəpgözlük növləri, refraktiv qüsuruna bağlı
olaraq yaranır və eynəklə müalicə
edilə bilər.