Diabetik Retinopatiya
Diabetin
yaratdığı qandakı yüksək şəkər
səviyyəsi, bədəndəki arteriya,vena və kapilyar adlanan çox incə damarlara zərər
verir. Diabet xüsusilə gözün sinir qatına (retina və ya gözün ağ qatına) və bu
təbəqədəki kapilyarlara təsir edərək görmə itkisinə səbəb ola bilər. Diabetlə əlaqəli
retina xəstəliklərinə diabetik retinopatiya deyilir.
Diabetik Retinopatiyanın
risk faktorları
Tip 1 və ya insulinə bağlı
gənc diabet xəstələrində yetkinlik çağından sonra retinopatiyanın yayılması yaş
ilə əlaqədar olaraq artır. Qan şəkərindəki nizamsızlıq
retinanın pisləşməsini və xəstəliyin inkişafını asanlaşdırır. Hamiləlik,
hipertoniya, qan yağının yüksəkliyi (hiperlipidemiya), böyrək xəstəliyi
retinopatiyanı ağırlaşdıran digər amillərdir.
Diabetik Retinopatiyanın
əlamətləri
Diabetik Retinopatiyanın ilkin mərhələsində
bəzən heç bir simptom olmaya bilər. Diabet görmə mərkəzinə təsir etmədiyi təqdirdə,
daha irəli səviyyələrə çatana qədər heç bir simptom olmayacaq və bu, daha ağır
nəticələrə səbəb ola bilər.
Bu
səbəbdən heç bir şikayət olmasa belə şəkərli diabet xəstələrinin, həkimlərinin
tövsiyə etdiyi aralıqlarla müayinə edilməsi çox vacibdir. Diabet xəstələri qan
şəkəri ilə əlaqəli olmayan və bir neçə gündən çox davam edən görmə fərqləri ilə
qarşılaşdıqları təqdirdə həkimə müraciət etməlidirlər.
Diabetik Retinopatiyanın müalicəsi
Arqon lazer fotokoagulyasiyası ilə erkən
dövrdə gözdəki damar zədələnməsinin inkişafı dayandırıla və qalıcı görmə
itkisinin qarşısı alına bilər. Diabetin səbəb olduğu retina zədələnməsinin bir
çox mərhələsində müalicə üçün göz içi inyeksiya tələb oluna bilər. Daha irəli səviyyələrdə
Pars plana vitrektomiya əməliyyatı ilə göz daxili qanaxma təmizlənir və göz içi membranları soyulur.
Vitrektomiya cərrahiyyəsi
Gözün arxa hissəsinə qan
yığıldığı təqdirdə vitrektomiya əməliyyatı tətbiq olunur. Vitrektomiya cərrahiyyəsində
qanla dolu bölgə təmizlənir və yerinə süni məhlul qoyulur. Diabetik retinopatiyada
ən çox tətbiq olunan cərrahi metoddur.
Diabetik Retinopatiyada
inyeksiya müalicəsi
Göz
qanamasının qarşısını almaq və yenidən qanaxma ehtimalını əngəlləmək üçün dərmanlar
hazırlanmışdır. Bu dərmanlar nazik iynə ilə az miqdarda gözə inyeksiya edilir və
müalicə aparılır.
Yaradılma Tarixi : 15.09.2022
Yeniləmə Tarixi : 22.04.2023