Düzgün qidalanma və Göz sağlamlığı
İş həyatındakı stresli mühit və şəxsi həyatın
prioritetləri səbəbindən çox vaxt düzgün və sağlam şəkildə qidalana bilmirik.
Sağlam və balanslı qidalanma bədən müqaviməti ilə yanaşı, digər xroniki xəstəliklərin
inkişafına da təsir göstərir. Göz xəstəlikləri eyni zamanda qidalanmanın
birbaşa təsir etdiyi xəstəliklərdir. Bəs gündəlik iş təlaşı və artan yaşla əlaqədar
olaraq gözlərimizi necə qoruya bilərik?
A, C, E vitaminləri və beta karoten ehtiva edən
qidalar göz sağlamlığı və gözün digər funksiyalarına müsbət təsir göstərir. Bu
vitaminlər sayəsində görmə itkisi, quru gözlər, torlu qişanın zədələnməsi və
katarakt kimi xəstəliklərin qarşısını almaq mümkündür.
A vitamini ehtiva edən qidalar
Qaraciyər, balıq yağı, süd, kərəyağı, yumurta, böyrək,
pendir, qatıq, ispanaq, cəfəri, balqabaq, yerkökü
C vitamini ehtiva edən qidalar
Qırmızı bibər, yaşıl bibər, limon, çiyələk, kivi, portağal,
qreypfrut, cəfəri.
E
vitamini ehtiva edən qidalar
Badam, günəbaxan tumu, balqabaq tumu, fındıq, qoz, zeytun
yağı kimi bitki yağları.
Beta Karoten ehtiva edən qidalar
Balqabaq, yerkökü, qırmızıbibər, kartof, ərik kimi birçox
meyvə və tərəvəzlərdə rastlanır.
Beta-Karoten nədir?
Beta-karoten qaraciyərimizdə depolanır və
ehtiyac yarandığı zaman bədənimizdə A vitamininə çevrilir. A vitamininə
çevrildikdən sonra rodopsinə çevrilir və retinaya nəql olunur. Rodopsin
piqmenti işıq az olduğu hallarda, görmə
funksiyasının reallaşmasını təmin edir. Bu səbəbdən A vitamini və Beta-karoten,
görmə funksiyası və digər göz xəstəliklərindən qorunmaq üçün çox vacibdir.
Yaradılma Tarixi : 14.02.2022
Yeniləmə Tarixi : 03.04.2023