Eynəkdən necə azad ola bilərik?
İnsanların
gündəlik həyatındakı aydın görmə, sosial və profesionallıq baxımından böyük
əhəmiyyət daşıyır. Gözün aydın görüntüsünü yaratma vəzifəsini öz üzərinə
götürən linza sistemi düzgün işləmədikdə refraktiv qüsurlar meydana gələ bilər.
Miopiya, hipermetropiya və ya astiqmatizm kimi xəstəliklər kornea təbəqəsi və
təbii göz içi linzanın, gözə gələn işığı lazım olandan az və ya çox sındırması
və ya iki fərqli nöqtədə fokuslanması nəticəsində baş verir.
Refraksiya qüsurlarının
müalicəsi
Gözün təbii
mərcək sistemində bu refraktiv qüsurlardan ən az biri varsa, sinir təbəqəsində
aydın bir görüntü meydana gəlməz və müxtəlif müalicələrə ehtiyac yaranar. Günümüzdəki
texnologiya ilə gözdəki refraktiv qüsurların müalicəsi müxtəlif aparatlar və ya
cərrahi əməliyyatlarla aradan qaldırıla bilər.
Əksər
refraktiv qüsurların əlamətləri eynək və ya kontakt linzalar taxmaqla aradan
qaldırılsa da, xəstələr gündəlik rahatlığından güzəştə getməlidirlər. Eynəklər
və kontakt linzalar əlavə qulluq və təmizlik tələb edən xüsusi cihazlardır və təbiiyə
yaxınlaşa bilmədikləri üçün fasiləsiz aydın görmə təmin edə bilməzlər. Bu səbəblə
lazer texnologiyası vasitəsilə həyata keçirilən və xalq arasında "göz
korreksiyası əməliyyatı" olaraq bilinən cərrahi əməliyyatlar son 30 ilə öz
damğasını vurub. Müasir texnologiyalar sayəsində, artıq "eynəkdən
qurtulmaq" ağrısız, sürətli və qənaətli bir şəkildə həyata keçirilir.
Lazer ilə eynəkdən azad olmaq
Excimer
Lazer: Son 30 ildə dünyanın hər yerində milyonlarla xəstəyə uğurla tətbiq
olunan Excimer Lazer, effektiv bir müalicə metodudur. Əvvəlcə gözdəki refraktiv
qüsurların dərəcəsi hesablanır və kornea quruluşu araşdırılır. Excimer lazerlə
kornea quruluşu kompüter dəstəyi ilə yenidən formalaşır və xəstə eynəkdən
qurtulur.
Lazer
proseduru buynuz qişanın epiteliya təbəqəsinin altındakı stroma təbəqəsinə tətbiq
olunur. Excimer Laser texnikası, bu təbəqəyə çatmaq üçün tətbiq olunan üsula
görə fərqli alt adlara malikdir.
PRK və ya No-touch: Epiteliya təbəqəsinin
spatula və ya alkoqolla çıxarılması və altdakı stroma qatına excimer lazer tətbiq
edilməsi PRK; Lazer üsulu ilə çıxarılırsa, buna No-Touch metodu deyilir.
Epiteliya əməliyyatdan sonra 4-5 gün ərzində özünü yeniləyir və əməliyyat
zamanı insan ağrı hiss etmir. 1-2 gün ərzində batma hissi və ya ağrı ola bilər,
görmə qabiliyyətinin kəskinləşməsi bir neçə ay çəkə bilər.
LASIK: Bu üsulla, korneada bir qapaq meydana gəlir.
Bu qapaq əvvəllər bıçaqla yaradılarkən günümüzdə femtosaniyəli lazer sistemi ilə
həyata keçirilir. Excimer lazer qapağın altındakı toxumaya tətbiq olunur və
buynuz qişanın şəkli dəyişdirilir. Standart metoddan başqa, iLASIK adlanan
metodda, xəstənin kornea xəritəsi çıxarılır və şəxs fərdi müalicə ilə eynəkdən
qurtulur. LASIK-də epiteliya soyulmadığından ağrı və batma hissi minimal və
qısa müddətli olur. Lazer sonrası görmə kəskinliyi əksər xəstələrdə bir həftə ərzində
maksimum səviyyəyə çatır.
SMILE: 3-cü
nəsil lazer texnologiyası olaraq bilinən SMILE metodunda, LASIK-də bir qapaq
yaratmaq üçün istifadə edilən femtosaniyə lazerlə kornea daxilində bir toxuma
parçası hazırlanır. Cərrah bu toxuma parçasını 2 mm-lik kəsikdən çıxararaq,
etiyac yarandığı təqdirdə buynuz qişanın əyriliyini tənzimləyəcəkdir. SMILE
Laser metodunun üstünlüyü ondan ibarətdir ki, qapaq yaratma prosesi
aparılmadığı üçün əməliyyatdan sonrakı qapaq fəsadları riski olmur, göz
quruluğu şikayətləri əhəmiyyətli dərəcədə azalır və orta-yüksək dərəcələrə tətbiq
oluna bilər. Uğurlu bir prosedurdan sonra insanın eynəkdən xilas olması
mümkündür.
Lazer müalicəsi sizə nə
dərəcədə uyğundur?
Eynəkdən qurtulmağın ən
kritik nöqtəsi insanın lazerlə müalicəyə uyğun olub-olmamasıdır. Düzəldilməli
olan refraktiv qüsurların dərəcəsi ölçüldükdən sonrakı mərhələdə, xəstənin
kornea qalınlığı və quruluşunun bu düzəliş üçün yetərli olub olmadığı araşdırılır.
Kornea qalınlığına əlavə olaraq, insanın yaşı, həyat tərzi və varsa digər xəstəliklər
qiymətləndirilir.
Lazersiz eynəkdən azad
olma metodları
Gözə linzaların
yerləşdirilməsi (ICL): Bu metod, ümumiyyətlə göz quruluşu lazerə uyğun olmayan
yüksək dərəcəli miopiya xəstələrinə tətbiq olunur. Xəstənin təbii linzası
qorunur və qarşısına yeni bir göz içi linza qoyulur. Bu göz içi linza ömür boyu
gözdə qalır və xəstəyə eynəkdən xilas olmaq imkanı verir.
Göz içi linzanın
dəyişdirilməsi (Ağıllı Linza): Əsasən həm yaxın, həm də uzaq görmə çətinliyi
olan hiperopik xəstələrə və ya 40 yaşdan yuxarı görmə çətinliyi olan xəstələrə
tətbiq olunur. Bu müddətdə funksiyasını itirmiş təbii göz oxu çıxarılaraq
yaxın, orta və uzaq məsafəyə aydın görmə təmin edən çox funksiyalı süni göz içi
linza yerləşdirilir.
Unutmamaq
lazımdır ki, eynəkdən qurtulma əməliyyatında heç bir metodu ən yaxşı metod
olaraq adlandıra bilmərik. Hər bir texnologiya və metodun insandan asılı olaraq
üstünlükləri və mənfi cəhətləri var. Kritik məqam, xəstə üçün ən uyğun
proseduru təyin etməkdir.
Yaradılma Tarixi : 07.11.2022
Yeniləmə Tarixi : 29.04.2023