Femtosaniyə Lazerlə Katarakt əməliyyatı
Femtosaniyə Lazerlə Katarakt əməliyyatı
Katarakt, göz bəbəyinin arxasında yerləşən, gözün  təbii mərcəyinin şəffaflığını itirərək bulanıqlaşması deməkdir. Bu xəstəlik sonradan yaşla birlikdə ortaya çıxa bildiyi qədər, eyni zamanda anadangəlmə də ola bilər. Refraktiv cərrahiyyə katarakt əməliyyatı üçün yeganə müalicə üsuludur. Bunun üçün bir neçə fərqli metoddan istifadə olunur. Bunlardan biri də son illərdə inkişaf etmiş Femtosaniyə Lazerlə Katarakt əməliyyatıdır.

Katarakt əməliyyatlarında lazer istifadəsi sayəsində, ənənəvi cərrahi üsullardan daha təhlükəsiz, daha etibarlı, daha rahat və minimum komplikasiya riski ilə əməliyyat həyata keçirilir.
   

Femtosaniyəli Lazerli katarakt cərrahiyyəsinin klassik fako metodundan fərqli xüsusiyyətləri:

  • Lazerlə kəsik açılır və bıçaq istifadə olunmur, toxuma bütövlüyü pozulmur.
  • Kəsik hamar və planlı şəkildə həyata keçirilir, bu da əməliyyatdan sonrakı görmə kəskinliyi və görüntü keyfiyyətinə müsbət təsir göstərir.
  • Kompüter nəzarəti altında olduğundan xəta riski sıfıra bərabərdir.
  • Ödəm və infeksiya riski çox aşağıdır.
  • Kataraktlı linzalar parçalanarkən, ətraf toxumalar zədələnmir.
  • Süni göz içi linzanın yerləşdirildiyi yuvanın qüsursuz hazırlanmasını təmin edir.
  • Kataraktdan əlavə miyopiya, hiperopiya və astiqmatizm kimi görmə qüsurlarını da aradan qaldırır.

Eynək istifadə etmək istəməyən, xüsusilə multifokal, trifokal, torik göz içi linzalara üstünlük verən xəstələrdə əməliyyatın daha müvəffəqiyyətli həyata keçirilməsi üçün femtosaniyəli lazer metodu inkişaf etdirilib.

Əməliyyatdan əvvəl xəstənin gözünə hər 5 dəqiqədən bir, iki dəfə anestezik damcılar vurulur. Xəstənin gözünü vizuallaşdırmaq və sabitləmək üçün xüsusi bir aparatla vakuum edilir. Bu prosedur zamanı göz uyuşduğu üçün xəstə heç bir ağrı hiss etmir. 50-60 saniyə kimi qısa bir müddətdə bulanıqlaşmış linzanın parçalanması prosesi tamamlanır. Daha sonra isə bu hissələr aspirasiya olunaraq, yeni göz içi linza yerləşdirilir.
Prosedurdan sonra göz örtülmür, yalnız qoruyucu eynək verilir.Ertəsi gün rutin kontrol baxışdan sonra normal həyata qayıda bilərsiniz.
Yaradılma Tarixi : 26.11.2022
Yeniləmə Tarixi : 07.03.2023
Redaktor : Yeliz Yiğit
Bu internet sitesi veri politikalarına uygun çerezler kullanır. Bu internet sitesine bakmaya devam etmeniz, çerez kullanımımızı kabul ettiğiniz anlamına gelir. Detaylar için tıklayınız.
x
Əlaqə Forması COVİD-19 Tədbirləri