Göz daxili linza (Ağıllı linza) müalicəsi
Katarakt yalnız cərrahi yolla müalicə oluna bilər.
Katarakt əməliyyatı müasir tibbi texnologiya sayəsində çox asan və rahat şəkildə
həyata keçirilir.
Ümumiyyətlə 40 yaşından etibarən elastikliyini itirməyə
başlayan təbii linza süni linza ilə əvəz edilə bilər. Yaşla əlaqədar olaraq
deformasiyaya uğrayan və funksiyasını yerinə yetirə bilməyən köhnə linzalar
Ağıllı linza adlanan süni linzalar ilə əvəz
olunur.
Bu yeni süni linzaların yerləşdirilməsi ilə göz həm
uzaq, həm orta, həm də yaxın məsafəyə uyğunlaşaraq, hər məsafəyə uyğun olaraq
aydın görmə qabiliyyətini bərpa edir. Ağıllı Linza (Göz içi linza) yerləşdirilən
xəstələrin göz nömrəsində irəliləyiş müşahidə olunmur. Uğurlu katarakt əməliyyatından
sonra bu xəstəlik yenidən təkrarlanmır.
Katarakt əməliyyatında əsasən iki növ linza istifadə
olunur:
- Tək fokuslu linzalar
- Çox fokuslu linzalar (Trifokal, Üç Fokuslu,Ağıllı
linzalar)
Tək fokuslu linzalarla tənzimləmə uzaq və ya yaxın məsafələrdən
birinə (tək fokus) görə aparılır. Digər məsafələr üçün isə eynək istifadə
olunur.
Çox fokuslu linzalar (Ağıllı Linza) gözə yerləşdirildikdə
uzaq, yaxın və orta məsafədə görmə qabiliyyəti artır və eynəkdən asılılıq
aradan qalxır.
Yaradılma Tarixi : 03.08.2022
Yeniləmə Tarixi : 25.04.2023