Göz Estetik Əməliyyatı
Göz qapağı
əməliyyatı, estetik görünüş, daha bütöv bir baxış və üz ifadəsi üçün həyata
keçirilən bir əməliyyatdır. Bu əməliyyatlar; sallanan, düşən, həddindən artıq
dəriyə sahib olan, gözləri pərdələyən,
qırışmış, yaşlı və yorğun bir görünüşə səbəb olan göz qapaqlarını bərpa
edən və estetik bir görüntü əldə etmək məqsədilə həyata keçirilir. Göz
estetikasında əməliyyat aparacaq həkimin təcrübəsi, komplikasiya riskinin
qarşısının alınması baxımından böyük əhəmiyyətə malikdir.
Göz estetik əməliyyatının
növləri
OKULOPLASTİKA göz qapağı sallaması yəni
ptozis ilə problemi ilə məşğul olur. Göz qapağı sallanması, anadangəlmə və ya
sonradan qazanıla bilər.
Göz qapağının sallanması və boşalması yaşla
əlaqədar baş verir və bir çox hallarda göz qapağı xəstəliyi ilə səhv salınır.
Göz qapağında sallanma olduqda müalicəsi mümkündür. Əgər sallanmanın miqdarı az
olduğu təqdirdə, PLEXR lazerlə bərpa mümkündür.
Blefaroplastika; Həm estetik, həm də
funksional məqsədlər üçün alt və üst göz qapaqlarında aparılan cərrahi müdaxilədir.
Göz ətrafındakı estetik əməliyyatlar zamanı, üst göz qapaqlarının sallanmasının
və alt göz qapağı torbalarının müalicəsi aparılır. Kimlərə göz estetik əməliyyatı
tətbiq oluna bilər?
Göz estetik
əməliyyatı (blefaroplastika) 35-70 yaş arası insanlara tətbiq olunur. Göz ətrafı
estetikasında, üst göz qapağı əməliyyatları ümumiyyətlə 45 yaş və yuxarı
yaşlardakı, alt göz torbaları isə 50 yaş və yuxarı yaşlardakı insanlar üçün
uyğundur. Amma anadangəlmə göz qapağında olan bir problem üçün yaş nəzərə
alınmadan müalicə mümkündür. Çünki, məqsəd estetik qayğılardan əlavə olaraq
görmə sahəsini genişləndirmək və xəstənin rahatını təmin etməkdir.
Əməliyyatdan əvvəl öz estetiği ameliyatı öncesi
Əməliyyat zamanı və
sonrasında baş verə biləcək fəsadların qarşısını almaq üçün aspirin, E
vitamini, bəzi ağrıkəsicilər və ya qanın laxtalanmasının qarşısını ala biləcək
bitki mənşəli məhsulların istifadəsi ən azı bir həftə - 10 gün əvvəl
dayandırılmalıdır.
Göz estetik əməliyyatı
necə tətbiq olunur?
Xəstənin vəziyyətinə görə
ümumi və ya lokal anesteziya tətbiq edilir. Üst göz qapağında qat xəttindən və
aşağı göz qapağındakı kirpiklərin altında kəsiklər açılaraq, əməliyyat
başlayır. Xəstənin alt və üst göz qapaqlarının əzələ və birləşdirici toxuması bərpa
olunur, artıq yağ və dəri miqdarı çıxarılır və dartılma təmin edilir.
Əməliyyat
bitdikdən sonra, yara izi hiss görünməz bir şəkildə bağlanır. Proses yüngül
sarğı ilə tamamlanır. Xəstə əməliyyat zamanı ağrı hiss etmir. Zəruri
hallarda gözaltı və göz ətrafında düzəlişlər
edilə bilər.
Əməliyyat müddəti
Blefaroplastika
əməliyyatı, estetik cərrahiyyə əməliyyatları arasında nisbətən daha qısa müddətli
əməliyyatdır. Xəstənin xüsusi vəziyyətindən, həkimin təcrübəsindən və peşəkarlığından
asılı olaraq əməliyyat hər iki göz qapağında orta hesabla 60 - 120 dəqiqə ərzində
tamamlanır.
Əməliyyatdan sonra
Göz qapağı
estetikası olan bir xəstə əməliyyatdan sonra 5-10 gün ərzində normal həyatına
qayıda bilər. Əməliyyatdan 2-3 gün sonra isə kitab/qəzet oxumaq və televizor
izləmək kimi fəaliyyətləri davam etdirə bilər. Xəstənin əməliyyatdan sonra, 2-3
həftə müddətində günəş işığına, çirklənmiş havaya, toz və küləyə qarşı həssas
olması mümkündür.
Bu səbəbdən
həkiminiz tövsiyə edərsə, göz damlaları və günəş eynəklərindən istifadə edə
bilərsiniz. Əməliyyatdan sonra 3-4 gün əyilmə və ağır qaldırma kimi
hərəkətlərdən uzaq durmağınız tövsiyə olunur. Maye tutulmasına səbəb olduğu
üçün 2 həftə spirtli içkilərdən uzaq durmağınız tövsiyə olunur.
Yaradılma Tarixi : 09.10.2022
Yeniləmə Tarixi : 02.02.2023