Hipermetropiya
Hipermetropiya
Hipermetropiya, xəstənin yaxını görə bilməməsi halıdır. Hipermetropiklər uzağı aydın görə bilərkən, yaxın məsafəni görməkdə çətinlik çəkir. Bunun səbəbi gözün ön və arxa uzunluqlarının normaldan qısa olmasıdır. Hipermetropiya, müalicə edilə bilən bir narahatlıqdır. 

Gizli Hipermetropiya

Ümumiyyətlə, ibtidai sinif şagirdlərində görülən "gizli hipermetropiya", erkən diaqnoz qoyulmadığı təqdirdə, gələcəkdə ciddi problemlər yardaa bilər. Xəstələr həm uzaq, həm də yaxını yaxşı görə bilirlər, yalnız oxumaqda və gecə görməkdə çətinlik çəkirlər,bu vəziyyətdə baş ağrısı və göz yorğunluğu meydana gəlir. Uşaqların dərslərində geriləməsinə səbəb ola bilən bu xəstəlikdən qorunmaq üçün 1-5 yaş arası hər uşaq göz müayinəsindən keçməlidir.

Hipermetropiya əlamətləri 

Ən aşkar olanı yaxını görə bilməməkdir. Uzun müddət müalicə olunmasa və laqeyd yanaşılsa, göz tənbəlliyinə səbəb olur. Digər simptomlar baş ağrısı, bulanıq görmə, işığa həssaslıq, göz yorğunluğu, oxumaq istəməməsi, uşaqlarda gözün daxilə doğru çəpgözlüyü, xüsusilə topu tutmaqda çətinlik, diqqətin yayınması və televizora mümkün qədər yaxından baxmaqdır.


Hipermetropiya növləri

Gözün ön və arxa uzunluğunun qısa olmasına görə görüntü tam olaraq qavranılmır və bulanıq bir görüntü meydana gəlir. Gözün buynuz qişası və ya linzası normal uzunluqda olsa da, gözün ön və arxa uzunluğu normal dəyərlərdən qısadır.

Akomodatif hipermetropiya

Gözlərin yaxını kifayət qədər görə bilməməsi nəticəsində, görüntünü dəqiqləşdirmək üçün həddindən artıq uyğunlaşmasıdır. Göz mərcəyi refraktiv gücünü dəyişdirərək, aydın bir görmə təmin etməyə çalışır. Görmə refleksinə birbaşa təsir göstərdiyindən göz bəbəyində kiçilmə və uşaqlarda gözlərin içə dönməsi müşahidə edilə bilər.


Hipermetropiyanın müalicəsi

Bütün görmə qüsurlarında olduğu kimi, ilk müraciət olunan müalicə seçimimiz eynəkdir. Ətraflı müayinədən sonra, gözdəki hipermetropiya dərəcəsi təyin olunur və reseptli eynəklər yazılır. Eynək taxmaqda çətinlik çəkən xəstələrə kontakt linzalar tövsiyə olunur. Bununla birlikdə, linzaların istifadəsi diqqət və gigiyena tələb edir və linzaların istifadəsi daimi olmadığı üçün 18 yaşdan yuxarı xəstələrə refraktiv cərrahiyyə, yəni kornea lazer əməliyyatı tətbiq edilə bilər. Xəstə bu müalicə üsulu üçün də uyğun deyilsə, gözün içindəki linza dəyişdirilərək və ya ikinci bir linza yerləşdirilərək hipermetropiya müalicə edilə bilər.

Körpələrdə hipermetropiyanın müalicəsi

Körpəlik və uşaqlıq dövründə. hipermetropik müalicəsi sadəcə eynək vasitəsi ilə reallaşarkən, 18 yaşına çatanda xəstənin vəziyyəti təkrar dəyərləndirilərək, refraktiv cərrahiyyə yəni, kornea lazer cərrahiyyəsi ilə müalicə olunur.  


Yaradılma Tarixi : 30.07.2022
Yeniləmə Tarixi : 03.03.2023
Redaktor : Yeliz Yiğit
Bu internet sitesi veri politikalarına uygun çerezler kullanır. Bu internet sitesine bakmaya devam etmeniz, çerez kullanımımızı kabul ettiğiniz anlamına gelir. Detaylar için tıklayınız.
x
Əlaqə Forması COVİD-19 Tədbirləri