iLasik Müalicəsi
Hipermetropiya, miopiya, astiqmatizm kimi görmə
qüsurlarını aradan qaldırmaqla yanaşı, keratokonusun müalicəsində və
keratoplastikada istifadə olunan halqalar üçün uyğun kanalın hazırlanmasında da
istifadə olunur.
IntraLase femtosaniyəli lazer texnologiyası və
fərdiləşdirilmiş Excimer Lazer istifadəsi ilə reallaşdırılan IntraLase Lasik
Excimer Lazer, refraktif cərrahiyyə, miopiya, hiperopiya, astiqmatizm kimi görmə
qüsurlarını aradan qaldırmaq üçün refraktiv əməliyyatında tətbiq olunur.
IntraLase texnologiyasında klapan, femtosaniyəli lazer şüası ilə yaradılır və
bıçaq istifadə olunmur. Niyə bıçaqsız lazer metoduna
üstünlük verilir?
- Kompüter nəzarətində və bıçaqsız bir qapaq yaratdığı
üçün daha etibarlıdır;
- Korneası daha incə olan xəstələrə tətbiq oluna bilər;
- Astiqmatik düzəliş təmin edilir;
- Fəsadların yaranma ehtimalını minimuma endirir;
- Görmə rahatlığı təmin edilir;
- Hər iki gözə də tətbiq oluna bilər;
- Sağalma çox sürətlidir, xəstəxanaya yerləşdirilmə tələb etmir və xəstələr
gündəlik həyatlarına 24 saat ərzində qayıda bilərlər.
i-Lasik müalicə mərhələləri
Gözlər damla ilə keyidildikdən sonra
kornea toxumasında bir qapaqcıq çıxarılır. Görmə qüsuru qapağın altındakı toxumaya
Excimer Lazer şüaları tətbiq edilərək düzəldilir. Bir göz üçün təxminən 4-5 dəqiqə
çəkən əməliyyat zamanı, xəstə ağrı hiss etmir və ertəsi gün gündəlik həyatına
qayıdır.
Fərdi i-Lasik tətbiqi
iLASIK - Lazer texnologiyası, Intralase
Bladeless Lazer ilə fərdi müalicə Wavefront və göz tanıma sisteminin birləşməsidir.
iLASIK tamamilə fərdidir. Hər şey fərdi görmə keyfiyyəti əsasında həyata
keçirilir. Barmaq izi kimi insana xas olan bənzərsiz kornea xəritəsi üzərində
işləyən fərdi müalicə üsuludur.
Xüsusi Wavefront analiz cihazları ilə edilən
qiymətləndirmədən sonra əməliyyat qərarı verilir. Wavefront sayəsində
qaranlıqda görmə keyfiyyəti digər standart lazer metodlarına nisbətən daha yüksək
səviyyəyə çatır.
i-Lasik lazer müalicəsindən
sonrakı müddət
- Əməliyyatdan sonrakı ilk 24 saat ərzində su ilə təmasdan qaçınılmalı və
gözlərinizi ovmamalısınız,
- Əməliyyatdan sonra həkiminiz tərəfindən tövsiyə olunan göz damlalarını tətbiq
etməlisiniz,
- 24 saatdan sonra gündəlik həyatınıza qayıda bilərsiniz,
- Müayinələrinizi həkiminizin tövsiyə etdiyi qədər tez-tez etməlisiniz və heç
vaxt tərəddüd etməməlisiniz.
Yaradılma Tarixi : 05.01.2022
Yeniləmə Tarixi : 23.05.2023