Katarakt müalicəsi
Katarakt müalicəsi
Katarakt gözümüzün içindəki linzanın, yəni öz obyektivimizin şəffaflığını itirərək bulanıqlaşması deməkdir. Bu narahatlıq yaş keçdikcə ortaya çıxdığı kimi anadangəlmə də ola bilər. Körpələrdə və uşaqlarda rastlanan göz xəstəliyidir.

Katarakt səbəbləri

Əsasən yaş ilə birlikdə inkişaf edən xəstəlik zamanı gözdə meydana gələn travmaların da (zərbə, əməliyyat, uzun müddətli narahatlıqlar) təsiri olur. Bundan əlavə olaraq, şəkər xəstəliyi və steroid tərkibli dərmanların uzun müddət istifadəsi yenə bu xəstəliyə səbəb ola bilər.

Kataraktın simptomları

Bu vəziyyətdə cüt görmə, bulanıqlaşma, gecə görmə qabiliyyətini itirmə, işığa həssaslıq, görmə qabiliyyətində tədricən azalma, oxumaqda çətinlik, rənglərin yavaş-yavaş solması və eynək nömrəsində tez-tez dəyişiklik kimi hallar müşahidə olunur və dərhal peşəkar həkim tərəfindən müayinə olunmalıdır.

Katarakt necə yaranır?

Yetkin katarakt ümumiyyətlə daha yaşlı zamanlarda ortaya çıxır. Yaşlandıqca hər orqanımız kimi göz və xüsusən də göz linzamızda təhriflər meydana gəlir. Bu təhriflər bəzi xəstələrdə linzanın su tərkibini dəyişdirə bilər və linza liflərinin hizalanmasının deformasiyasına səbəb ola bilər. Bəzi xəstələrdə hüceyrə tullantılarının linzanın ön və arxa hissələrində yığılmasına, bəzi xəstələrdə isə hər iki hala səbəb ola bilər.
Hər halda yaranan nəticədə təbii göz içi linza şəffaflığını itirir.  

Neçə növ katarakt var?

Yaşla əlaqəli katarakt: Ən çox görünən katarakt növü, gözdəki linzaların illər boyu yaşlanmasından qaynaqlanan yaşa bağlı kataraktdır. Göz içi linza 40 yaşından etibarən yaşlanmağa başlayır. Əlavə olaraq, diabet, UV, siqaret, qidalanmadakı pozulmalar da bu yaşlanmanı sürətləndirir.
İkincili katarakt: Gənclərdə, radiasiya terapiyası kimi xarici faktorlar və ya bəzi xəstəliklərin müalicəsində istifadə olunan kortizonun yan təsirləri və ya diabet kimi daxili faktorlar kataraktın inkişafına səbəb ola bilər.  
Anadangəlmə katarakt: Bu tip katarakt doğuşdan dərhal sonra körpələrdə müşahidə edilə bilər. Bu vəziyyət irsi ola bilər və ya körpə hələ ana bətnində embrion halında olarkən radiasiyaya məruz qalma, ananın istifadə etdiyi dərmanlar və ya hamiləlik dövründə siqaret çəkmək anadangəlmə kataraktın meydana gəlməsinə səbəb ola bilər.  


Kataraktın müalicəsi mümkündür?

Katarakt, göz içindəki normal təbii linzamızın bulanıqlaşmasına deyilir. Tək müalicəsi əməliyyatdır.  

Katarakt əməliyyatı

Normal katarakt əməliyyatında, kornea kəsikləri mikron səviyyəsində dəqiq kəsiklər edə bilən bıçaqlar ilə aparılır. Katarakt inkişaf edən linzalarımızın ön membranı incə alətlərlə yuvarlaq bir formada açılır. Katarakt, fako üsulu ilə, yəni yüksək ultrasəs səs dalğaları ilə əzilir və udulur,  sonra göz içi linza kataraktdan təmizlənmiş kapsula daxil edilir.

Femto kataraktında (LENSX, ALCON Company tərəfindən bu mövzuda istehsal olunan femto cihazının adı) normal olaraq kornea kəsikləri üçün istifadə etdiyimiz bıçaqlar istifadə edilmir, bunun əvəzinə kornea kəsikləri femtosaniyəli lazerlə edilir. Kataraktın ön membranı alət əvəzinə femtosaniyəli lazerlə yuvarlaq bir formada kəsilir. Eyni zamanda, femtosaniyə lazerlə katarakt inkişaf edən linza, parçalara ayrılır və kataraktın gözdən təmizlənməsi üçün fako texnikasından istifadə olunur.

Katarakt əməliyyatı nə zaman edilə bilər?

Anadangəlmə göz içi linzamız normal halda şəffaf olub gözə düşən işığın gözə keçməsini və beləliklə görməsini təmin edir. Normal şəffaf göz içi linzanın bulanıqlaşmasına katarakt deyilir. İşıqların bulanıqlaşan linzanın arxasına düşməsi çətinləşir, yəni görmə azalmağa başlayır. Katarakt əməliyyatının vaxtı xəstənin görmə qabiliyyətindəki və həyat keyfiyyətindəki azalma ilə təin edilir.  

Katarakt əməliyyatı lazerlə edilə bilərmi?

Femto kataraktında (LENSX, ALCON Company tərəfindən bu mövzuda istehsal olunan femto cihazının adı) normal olaraq kornea kəsikləri üçün istifadə etdiyimiz bıçaqlar istifadə edilmir, bunun əvəzinə kornea kəsikləri femtosaniyəli lazerlə edilir. Kataraktın ön membranı alət əvəzinə femtosaniyəli lazerlə yuvarlaq bir formada kəsilir. Eyni zamanda, femtosaniyə lazerlə katarakt inkişaf edən linza hissələrə bölünür və kataraktın gözdən təmizlənməsi üçün fako texnikasından istifadə olunur.  

Katarakt əməliyyatında femtosaniyəli  lazer;
  • Kornea kəsikləri
  • Ön kapsulu dairəvi formada kəsmək
  • Kataraktı parçalamaq
  • Astiqmatizm üçün kornea kəsiyi etməyə kömək edir.


Katarakt əməliyyatında hansı linzalardan istifadə olunur?  

Bu əməliyyatda şəffaflığını itirən öz obyektivimiz yerinə eyni funksiyanı yerinə yetirəcək göz içi linzalar yerləşdirilir. Mərkəzlərimizdə xəstənin ehtiyac və vəziyyətinə  görə hər cür linzalardan istifadə edilə bilər.
Ən çox üstünlük verilən linzalar; Zeissin bifokal, multifokal, trifokal linzaları, Alconun IQ, IQ Toric və Panoptix və Restor - Toric linzaları xəstələrimizdə  tez-tez istifadə olunur.

Katarakt əməliyyatından əvvəl

Katarakt əməliyyatından əvvəl gözün ön hissəsi və göz arxasında ətraflı müayinə aparılır. Gözə yerləşdirilməsi planlaşdırılan linza nömrəsi xüsusi alətlərlə ölçülür. Prosedr təqribən 1-2 saat ərzində başa çatır.

Katarakt əməliyyatından sonra görmə

Katarakt əməliyyatından sonra tədricən görmə başlayır. Ancaq ilk saatlarda yanma, batma və sulanma olur. Görmə keyfiyyəti 1-2 gün ərzində yaxşılaşmağa başlayır. 10-15 gün ərzində istədiyiniz görmə səviyyəsinə çatır. Ancaq unutmamaq lazımdır ki, sağalma müddəti insandan insana dəyişə bilər.


Katarakt əməliyyatından sonra ağrı olur mu?

Katarakt əməliyyatından sonra ağrı olmur, ancaq yanma, batma və sulanma olur. Əgər şiddətli ağrı olarsa, yolunda getməyən birşey var deməkdir. Bu halda dərhal həkiminizlə əlaqə saxlamaq lazımdır.


Katarakt təkrarlana bilər mi?

Katarakt təkrarlanmır. Kataraktın inkişaf etdiyi toxuma, yəni linza çıxarılır və yerinə yeni bir linza qoyulur. Yeni yerləşdirilən linzada katarakt inkişaf etməyəcəyi üçün narahatlıq təkrarlanmayacaq.

Katarakt irsidir?

Katarakt yaşla birlikdə inkişaf edən bir xəstəlikdir. Lakin, göz travmasından sonra kataraktın inkişafı daha da  sürətli olur. Katarakt xroniki xəstəliklərdə (məsələn, diabet) erkən yaşda, əsasən istifadə olunan xroniki dərmanlar (məsələn,kortizon) sayəsində inkişaf  edir.        
Katarakta anadangəlmə körpələrdə də rast gəlmək mümkündür . Hamiləlik dövründə ananın keçirdiyi xəstəliklər  sayəsində inkişaf edir. Erkən dövrdə (ilk 12 həftədə) körpələrin kataraktını diaqnoz etmək və əməliyyat etmək çox vacibdir. Bu səbəbdən körpələrin dünyaya gəldiyi andan etibarən göz  müayinəsindən keçməsi vacibdir.
Yaradılma Tarixi : 07.01.2022
Yeniləmə Tarixi : 26.04.2023
Redaktor : Yeliz Yiğit
Bu internet sitesi veri politikalarına uygun çerezler kullanır. Bu internet sitesine bakmaya devam etmeniz, çerez kullanımımızı kabul ettiğiniz anlamına gelir. Detaylar için tıklayınız.
x
Əlaqə Forması COVİD-19 Tədbirləri