Lazerlə göz əməliyatından əvvəl nələri bilmək lazımdır?
Kimlər Lazerlə göz əməliyatına müraciət edə bilər?
- 18 yaşından böyük olub eynək və kontakt
linza istifadə edənlər,
- Gözlərində keratokonus, göz təzyiqi kimi
narahatlığı olmayanlar,
- İnkişaf etmiş diabet və revmatizm kimi xroniki
xəstəlikləri olmayanlar,
- 1 il ərzində göz qüsuru dəyişməyənlər,
- Hamilə olmayan və süd verməyən analar.
Lazerlə göz əməliyyatında
yeni metodlar
LAZER, miopiya,
hipermetropiya və astiqmatizm müalicəsində və dünyanın hər yerində refraktif
əməliyyatlarda istifadə edilən ən geniş yayılmış üsuldur. Lazer cərrahiyyəsinin
bir neçə növü vardır.
Birincisi, Lasik
adlandırdığımız əməliyyatdır, bu əməliyyat qapaq (flap) yaratmaqla həyata
keçirilir. Toxumaya çatmaq üçün kornea üzərində bıçaqlı və ya bıçaqsız lazerlə
bir qapağı yaradılır və bu toxumaya
çatdıqdan və proseduru həyata keçirdikdən sonra qapaq bağlanır. Bu prosedurdan
sonra xəstə yaxşı görməyə başlayır. Ağrı, yanma və batma kimi şikayətlər ya
qısa müddətli olur, əksər hallarda isə olmur.
Digəri, PRK
Lasek tipli səthi əməliyyatdır. Bu tip cərrahiyyə əməliyyatında korneada heç
bir kəsik açılmır. Yalnız, buynuz qişanın üst hissəsindəki epiteliya toxuması
soyulur və lazer birbaşa xəstənin korneasına tətbiq olunur. Kornea səthini
qorumaq üçün əməliyyatdan sonra 2-3 gün ərzində kontakt linzalar taxılır. Bu
prosedurdan sonra aydın bir görmə səviyyəsinə çatmaq 3-4 həftə çəkə bilər.
Lazerdən sonra 3-4 gün ərzində ağrı, batma, sulanma və bulanıq görmə müşahidə
edilə bilər.
SMILE lazer isə ən yeni, yəni
3-cü nəsil lazer refraktif əməliyyatıdır. Lasikdə, lazer tətbiq etmək üçün
böyük bir kəsik tələb olunsa da, SMILE-da bu kəsik 2 mm-ə endirilir. SMILE
prosedurunda cərrah femtosaniyəli lazerdən istifadə edərək, buynuz qişada linza
şəklində kiçik bir toxuma (lentikul) yaradır. Daha sonra eyni lazerlə kornea səthində
kiçik bir yay şəklində kəsik açılır və cərrah lentikulu bu kəsikdən çıxarır.
Kiçik lentikul çıxarıldıqda miopiya bərpa olunaraq kornea forması dəyişdirilir.
Kornea kəsiyi, tikişsiz bir neçə günə sağalır və kəskin görmə qısa zamanda bərpa
olunur. Bu səbəbdən sağalma çox sürətli baş verir və göz quruluğu, ağrı, batma
kimi hallar olmur.
Lazerlə göz əməliyyatları
hansı xəstəliklərin müalicəsində tətbiq oluna bilər?
Hipermetropiya,
miopiya, astiqmatizm kimi refraktif qüsurların müalicəsində, katarakt, qlaukoma,
çəpgözlük, keratokonus, retina, göz və göz qapağı cərrahiyəsində fərqli lazer metodlarından
istifadə olunur.
Lazerlə göz əməliyyatından
əvvəl tətbiq olunan testlər
Lazerlə göz əməliyyatından
əvvəl tətbiq olunan testlər; kornea topoqrafiyası, kornea paximetriyası, bəzi xəstələrdə
retina tomoqrafiyası.
Yaradılma Tarixi : 16.06.2022
Yeniləmə Tarixi : 11.02.2023