Lazerlə göz əməliyyatından sonra nələri bilməliyik?
Lazerlə göz əməliyyatından sonra nələri bilməliyik?
Prosedurdan sonra müəyyən müddət göz quruluğu problemi ortaya çıxa bilər. Bu problem süni göz damlaları vasitəsilə nəzarət altına alınır və bir müddət sonra damlaların istifadəsi dayandırılır.

Lazerlə göz əməliyyatından sonra  batma və sulanma

Lazerlə göz əməliyyatı geniş bir mövzudur. Xəstənin narahatlıq səviyyəsinə, müayinə və test cavablarına uyğun olaraq, tətbiq olunacaq lazer müalicəsinin növü təyin olunur. Intralase-LASİK və LASİK kimi, kornea içərisində bir qapaqcıq (flep) yaradaraq, həyata keçirilən əməliyyatlardan sonra 6 saata qədər ağrı, batma və sulanma kimi şikayətlər ola bilər. Göz səthinin soyulması teknikası ilə həyata keçirilən LASEK və PRK kimi prosedurlardan sonra 2-3 gün ağrı hiss oluna bilər. Ağrı səviyyəsini azaltmaq üçün prosedurdan sonra xəstəyə qoruyucu kontakt linzalar verilir. 

Lazer göz əməliyyatından sonra baş ağrısı

Prosedurdan sonra baş ağrısı hiss etdiyiniz təqdirdə, həkiminizlə məsləhətləşərək qan seyrəldici xüsusiyyəti olmayan ağrı kəsici qəbul edilə bilər. Müalicə olunan gözün günəşdən və işıqdan qorunması da baş ağrısının qarşısını almağa kömək edəcəkdir.
   

Lazerle göz əməliyyatından sonrakı ilk gün

İlk gün; 3-4 saat ərzində bulanıq görmə və gözlərdə batma, yanma və sulanma kimi şikayətlərin olması normaldır. Həkiminizin tövsiyə etdiyi dərmanlar əməliyyatdan sonra sizə məsləhət görüldüyü kimi istifadə olunmalıdır. Prosedurdan sonra baş ağrısı hiss etdiyiniz təqdirdə, həkiminizlə məsləhətləşərək qan seyrəldici olmayan bir ağrı kəsici qəbul edilə bilər. Əməliyyat günü avtomobil idarə etmək və işə getmək tövsiyə olunmur.
İlk 24 saat ərzində tozlu mühitdən uzaq durulmalı, müalicə olunan göz ovuşdurulmamalı, qaşınmamalı, əllə və su ilə təmas edilməməlidir. Əməliyyatdan bir gün sonra normal həyatınıza qayıda bilərsiniz. Həkiminiz tərəfindən tövsiyə olunan süni göz yaşı damlaları 3 ilə 6 ay arasında istifadə olunmalıdır.
  

Lazerlə göz əməliyyatından sonra müayinə

Lazerlə göz əməliyyatının növünə görə, kontrol baxış müddətləri dəyişə bilər. Ertəsi gün, bir həftə sonra, 1 ay və 3 ay sonra şəklində proqramlaşdırıldıqdan sonra, ildə bir dəfəyə qədər azaldıla bilər.  
Yaradılma Tarixi : 12.03.2022
Yeniləmə Tarixi : 20.03.2023
Redaktor : Yeliz Yiğit
Bu internet sitesi veri politikalarına uygun çerezler kullanır. Bu internet sitesine bakmaya devam etmeniz, çerez kullanımımızı kabul ettiğiniz anlamına gelir. Detaylar için tıklayınız.
x
Əlaqə Forması COVİD-19 Tədbirləri