Plexr Lazer ilə göz qapağı estetikası
Göz qapağı
əməliyyatı, estetik görünüş, daha bütöv bir baxış və üz ifadəsi üçün edilən bir
əməliyyatdır. Bu əməliyyatlar; sallanan, düşən, həddindən artıq dəriyə sahib
olan, qırışmış, yaşlı və yorğun görünən göz qapaqlarını yenidən bərpa etmək və
estetik bir görünüş əldə etmək üçün həyata keçirilir.
Göz estetik əməliyyatı (blefaroplastika) 35-70 yaş arası
insanlara tətbiq olunur. Göz ətrafı estetikasında yuxarı göz qapağı
əməliyyatları ümumiyyətlə 45 yaş və yuxarı yaşlardakı, alt göz torbaları isə 50
yaş və yuxarı yaşlardakı insanlar üçün uyğundur. Amma anadangəlmə göz
qapağında olan bir problem üçün yaş nəzərə alınmadan müalicə mümkündür. Çünki,
məqsəd estetik qayğılardan əlavə, görmə sahəsini genişləndirmək və xəstənin
daha rahat görməsini təmin etməkdir.
Göz Estetikasının
metodları
Okuloplastika aşağı göz qapağı problemi, yəni
ptozis ilə məşğul olur. Göz qapağının sallanması anadangəlmə və ya sonradan ola
bilər. Cərrahiyyə metodu, göz qapağının aşağı düşmə səbəbindən asılı olaraq dəyişir.
Həkim müayinədən sonra cərrahiyyənin növünə qərar verəcəkdir.
Göz qapağının sallanması və boşalması
yaşla əlaqədar olaraq baş verir və göz qapağı ilə səhv salınır. Göz qapağında
sallanma olduqda müalicəsi mümkündür.Əgər sallanmanın miqdarı azdırsa, PLEXR
lazerlə düzəldilə bilər.
Blefaroplastika; Həm estetik, həm də
funksional məqsədlər üçün alt və yuxarı göz qapaqlarında aparılan cərrahi müdaxilədir.
Göz ətrafındakı estetik əməliyyatlar zamanı yuxarı göz qapağı sallanmasının və
alt göz qapağı torbalarının müalicəsi aparılır.
Plexr Lazer Nədir?
Plexr Lazer
üçün qısaca cərrahi olmayan, tikişsiz, izi buraxmayan göz ətrafı estetikası deyə
bilərik, amma əslində çox geniş istifadə sahəsinə malik bir üsuldur. Dünyanın
45-dən çox ölkəsində 5000-dən çox həkim tərəfindən fəal şəkildə istifadə olunan
PLEXR, 15 illik tarixi, klinik tədqiqatları, uzunmüddətli nəticələri, CE
Sertifikatı və beynəlxalq patentləri olan bir cihazdır.
Göz qapağı estetikası, göz altının və ətrafının dartılması, dodaqların üstündəki
xətlərin yox edilməsi, ləkələrin, yara izlərinin və sızanaqların müalicəsi,
çatlaqların və qarın dartılmalarının müalicəsi, xal və ziyil müalicələri, üzdəki
qırışların təmizlənməsi kimi bir çox sahədə istifadə olunur.
Plexr Lazer tətbiqi
Əvvəlcə tətbiq olunacaq sahə
təmizlənir, sonra lokal anestezik krem tətbiq olunur və keyləşmə gözlənilir.
Plexr- plazma enerjisini istifadə edən bir texnikadır. Tətbiq olunacaq dəri səthi
ilə cihaz arasındakı potensial fərq ilə havadakı qazları plazma enerjisinə
çevirir. Bu enerji dəridəki lezyonu buxarlandıraraq (sublimasiya edərək)
problemli toxumaları məhv edərkən, yeni toxuma əmələ gəlməsi prosesini də
başladır.
Plexr Lazer tətbiqindən
sonra nələrə diqqət edilməlidir?
Plexr Lazer
tətbiqi estetik cərrahiyyədə ən son inkişaf edən tətbiqlərdən biri olduğuna
görə həm xəstə üçün rahatdır, həm də
prosedur sonrası baxımı da olduqca asandır. Buxarlanma prosesindən sonra əmələ
gələn qabıqlar qoruyucu krem vasitəsilə günəşdən qorunmalıdır. Qabıqların
özünün sərbəst tökülməsi gözlənilməli və əsla o bölgəyə nəmləndirici, spirtli
və müxtəlif kimyəvi maddələr ehtiva edən heç bir kosmetik məhsul tətbiq
edilməməlidir.
Yaranan qabıqlar
heç bir bantla örtülməməlidir. Təmizləmə üçün saf sabunlar (təbii zeytun
yağından əldə olunan sabun kimi), uşaq şampunu kimi tərkibində qoruyucu
maddələr olmayan məhsullara üstünlük verilməlidir. 1 həftə-10 gün ərzində
qabıqlar özü sərbəst şəkildə tökülür və dibdən yeni çəhrayı toxuma meydana
gəlir və bu dövrdə günəşdən qorunmaq çox vacibdir.
Yaradılma Tarixi : 18.07.2022
Yeniləmə Tarixi : 04.01.2023