Prematur Retinopatiyası
Prematur
Retinopatiyası, erkən doğulmuş körpələrin gözündə meydana gələn bir göz
xəstəliyidir. Göz damarları doğuşa qədər, erkən doğuşda isə bu damarlar
doğuşdan sonra da inkişaf etməyə davam edir.
Erkən doğulmuş
körpələr inkubator içərisində saxlanılmalıdır. Bu vaxt məruz qaldıqları yüksək
oksigen nisbəti, göz damarlarının anormal inkişafını ortaya çıxara bilər.
Nəticə olaraq, ROP xəstəliyi adlanan Prematur Retinopatiya, hələ damar inkişafı
tamamlanmayan, erkən doğulmuş körpələrin göz retinasında meydana gəlir və
vaxtında müalicə olunmasa, korluğa səbəb ola bilər. Buna görə vaxtından əvvəl
doğulmuş körpələr mütləq 4-6-cı həftələrində oftalmoloq müayinəsindən
keçməlidir. Sonrakı müayinələr, xəstəliyin mövcud olub-olmamasından asılı
olaraq, normal doğuş müddəti bitənə qədər 1-2 həftədə bir təkrarlanır.
Rop müayinəsi və müalicəsi
Rop müayinəsi,
topikal anesteziya altında körpələrin gözbəbəklərini böyütməklə retina adlanan
gözün sinir qatının müayinəsidir. Rop xəstəliyinin müalicəsində ən vacib addım rutin
müayinədir. ROP xəstəliyi, körpələrin 80%-də spontan olaraq, 20%-də isə müalicə
vasitəsilə sağalır. Xəstəliyin müalicə mərhələlərinə
görə yüngüldən başlayaraq ən ağır müalicəyə qədər davam edir.
Birinci mərhələdə
yalnız izləmə kifayətdir. Lazer terapiyası, üçüncü mərhələyə çatmış xəstəliklərdə
ən çox istifadə olunan müalicə metodudur. Gözdəki zədələnmiş damarlar lazer tətbiqi
ilə çıxarılır. Vaxtında aşkar edilə bilməyən və lazerlə müalicəyə baxmayaraq, irəlilədiyi
hallarda körpələrə vitrektomiya əməliyyatı tətbiq edilir. Lakin bu mərhələdə,
müalicə həmişə istənilən nəticəni verməyə bilər.
ROP xəstəliyinin nəticələri
Rop xəstəliyinin ən ağır nəticəsi
korluğa səbəb olmasıdır. Laqeyd yanaşma, müalicə olunmayan və ya müalicəsi
gecikən xəstələrdə korluğa səbəb ola bilər.
ROP, erkən doğulan körpələrin, tibb sahəsindəki
inkişafla əlaqədar olaraq həyatda qalması nəticəsində ortaya çıxmışdır. Sağlam
körpələr və sağlam nəsillər üçün vaxtından əvvəl körpələrinizi oftalmoloq
müayinəsindən keçirin. Diaqnoz və müalicə mərhələlərində, BATIGÖZ ilə əlaqə
saxladığınız təqdirdə, ilk başda körpənizdə ROP xəstəliyi müayinə edilir və diaqnoz
qoyulur, ehtiyac yarandıqda isə, təqib və müalicə aparılaraq istənməyən nəticələrin
ortaya çıxmasının qarşısı alınır.
Yaradılma Tarixi : 30.05.2022
Yeniləmə Tarixi : 18.02.2023