Rəng Korluğu (Daltonizm)
Rəng korluğu (daltonizm) genetik olaraq yeni nəslə
ötürülən və kişilərdə daha çox rast gəlinən irsi bir xəstəlikdir. Bəzi rənglər
və kölgələr rəng korluğu ilə ayırd edilə bilmir. Yaşıl və qırmızı, ən çox ayırd
edilə bilməyən rənglərdir.
Bəzi rəng korluğu hallarında, ətraf yalnız qara və
ağ kimi qəbul edilə bilər. Rəngləri detallı şəkildə ayırd etməyinizi tələb edən hər hansı bir işdə
işləmirsinizsə (məsələn, sürücü, dəniz kapitanı və ya rəssam), bu xəstəlik gündəlik
həyatınıza təsir etməyəcək. Rəng korluğu testi sayəsində,
kəskin diaqnoz qoyula bilər. Genetik rəng korluğunun
müalicəsi olmasa da, gözün zəifləməsi nəticəsində
formalaşan rəng korluğu müalicə oluna və ya inkişafının qarşısı alına bilər.
Yaradılma Tarixi : 29.09.2022
Yeniləmə Tarixi : 17.06.2023