Retinal Dekolman nədir?
Retinal Dekolman nədir?
Xalq arasında retinanın qırılması kimi tanınan retina dekolmanı, retinada dəlik və yırtıqlar şəklində meydana gəlir. Müalicə edilmədikdə görmə itkisinə səbəb ola biləcək ciddi bir xəstəlikdir. Sağlam retina qatının yapışdığı göz almasının daxili səthindən ayrılması ilə meydana gələn retina dekolmanı bütün retinaya yayıla bilər və görmə qabiliyyəti azalmağa başlayar. Bu yırtıq və ya dəliklərə vaxtında müdaxilə edilərsə, retina qatı ayrılmadan xəstəliyin qarşısını almaq olar. Retinal dekolman bütün yaş qruplarında müşahidə edilir.

Retinal dekolmanının səbəbləri 

Retinal dekolmana genetik və xarici faktorlar təsir edə bilər. Qarşısı alına bilən bir xəstəlik olmadığı üçün erkən diaqnoz və zamanında müdaxilə vacibdir. Təsir edən faktorlar aşağıdakılardır:  

  • Yaşlılıq səbəbi ilə göz mayesinin degenerasiyası, 
  • Ailədə müşahidə olunan retina dəstəsi,
  • Katarakt əməliyyatı,
  • Əvvəlki göz əməliyyatları,
  • Yüksək dərəcəli miopiya,
  • Travma (vurma, düşmə, qəza)

Retinal dekolmanın əlamətləri  belirtileri nelerdir? 

Xəstəliyi erkən aşkarlamaq və retina dekolmanı inkişaf etmədən müalicə etmək son dərəcə vacibdir. Bəzi insanlarda simptomlar özünü biruzə verməz, buna görə müntəzəm göz müayinələri böyük əhəmiyyət kəsb edir. Bundan əlavə, aşağıdakı simptomlar varsa dərhal həkimə müraciət edilməlidir. 
  • İşıq parlaması, 
  • Yad,uçan cisimlərin qəfil görünməsi, 
  • Bulanıq görmə və ya görmə itkisi, 
  • Gözdə pərdə olması hissi.

Retinal dekolmanın müalicə metodları

Retinal dekolman, yalnız əməliyyatla müalicə oluna bilər. Həmçinin cərrahi metod; retina yırtığının sayına, ölçüsünə, yerinə, formasına və müddətinə görə dəyişkənlik göstərə bilər. 


Argon Lazer

Retina dekolmanı inkişaf etmədən yırtıq mərhələsindəykən lazer müalicə ilə qarşısı alına bilər. Bu səbəblə erkən diaqnoz çox vacibdir. Retinada sadəcə yırtıq varsa argon lazer müalicəsi ilə yırtığın ətrafı bağlanır.

Skleral (xarici) çökərtmə metodu

Xaricdən gözə tətbiq olunan cərrahi bir üsuldur. Silikondan hazırlanmış incə zolaqlar gözün ağ hissəsini əhatə edən konyunktivit qatının altında qalacaq şəkildə, göz əzələlərinin altına keçirilərək, yerləşdirilir. Məqsəd gözə kənardan təzyiq göstərərək və yırtıq ətrafına lazer tətbiq edərək, retina yırtığının bağlanmasıdır. Müalicə retina dekolmanı mayesinin boşaldılması ilə tamamlanır.

Vitrektomiya 

Böyük və ya birdən çox yırtıq meydana gəldiyi təqdirdə tətbiq olunan cərrahi bir metoddur. Vitreus-göz bəbəyinin içini dolduran şəffaf, geləbənzər toxuma kiçik dəliklər açılaraq, kəsici aspirasiya edən çubuqlar və işıq mənbələri vasitəsilə çıxarılır və gel kimi bir maye inyeksiya edilir. Bu üsulla retinanın altında yığılmış maye aspirasiya olunur və yırtıqlar bağlanır.

Həkiminiz xəstəliyinizin səviyyəsinə və yırtığın ölçüsünə görə uyğun bir müalicə üsulu təyin edəcəkdir.
Yaradılma Tarixi : 25.12.2022
Yeniləmə Tarixi : 10.01.2023
Redaktor : Yeliz Yiğit
Bu internet sitesi veri politikalarına uygun çerezler kullanır. Bu internet sitesine bakmaya devam etmeniz, çerez kullanımımızı kabul ettiğiniz anlamına gelir. Detaylar için tıklayınız.
x
Əlaqə Forması COVİD-19 Tədbirləri