Sarı Nöqtə xəstəliyinin inyeksiya ilə müalicəsi
Sarı Nöqtə xəstəliyinin inyeksiya ilə müalicəsi
Yaşla əlaqəli sarı nöqtə xəstəliyi iki fərqli tipdə (quru və yaş) görülür və bu iki növün simptomları da bir-birindən fərqlənir. İnsanın sarı nöqtə xəstəliyini tək başına aşkarlaması mümkün olmadığından, rutin göz müayinəsi, klinik müayinələr və erkən diaqnoz çox vacibdir. Bu müayinə ilə həm diaqnoz, həm də xəstəliyin növü müəyyənləşdirilir və tez bir zamanda müvafiq müalicə üsuluna qərar verilir.  

Diaqnoz qoyulduğu zaman xəstənin şikayətləri nəzərə alınır və müvafiq simptomlar araşdırıldıqdan sonra müalicə prosesi başlayır. Gözün arxa divarının müayinəsi ilə göz angioqrafiyası da bu müayinələrə daxildir. Xəstəliyin simptomları ilə digər göz xəstəliklərinin simptomları bənzədiyi üçün ilk növbədə qabaqcıl testlərlə dəqiq diaqnoz qoyulur. Bunun üçün 3 fərqli tətbiqetmə üsulundan  istifadə olunur.

Göz dibi müayinəsi

Gözün arxa hissəsinin ətraflı müayinəsi üçün əvvəlcə xüsusi damcılar vasitəsilə göz bəbə

kləri böyüdülür. Gözün arxasını görməyimizə şərait yaradan xüsusi linzalarla müayinə olunur. Sarı nöqtə bölgəsi aydın şəkildə göründüyü üçün həm sarı nöqtə xəstəliyinin diaqnozu, həm də digər xəstəliklərlə diferensial diaqnozu qoyula bilər, həmçinin qanaxma əlamətləri varsa, bunlar da dəqiq şəkildə müayinə zamanı ortaya çıxır.

Optik Koherensiya Tomoqrafiyası

Bu müayinə növü üçün göz bəbəklərini böyütməyə ehtiyac yoxdur.Sadə və rahat müayinə şəklidir. İntravenoz olaraq hər hansı bir dərman verilməsinə ehtiyac yoxdur. Sarı nöqtəli bölgəni bizə qat-qat göstərir. Həm xəstəliyin növünü, həm də sarı nöqtə bölgəsinin qalınlığını göstərir.  

Göz Angioqrafiyası

Göz angioqrafiyası, xəstəliyin dəqiq diaqnozunu, növünü və diferensial diaqnozunu qoymaq üçün tətbiq olunan vacib bir müayinədir. Bunun üçün ilk əvvəl göz bəbəklərini böyüdən damlalardan istifadə olunur. "Floresin" adlanan boya maddəsi  qola venadaxili yeridilir. Xəstənin oturaq vəziyyətdə, angioqrafiya cihazı vasitəsilə ardıcıl olaraq göz arxası təsvirləri çəkilir. Sarı nöqtə bölgəsindəki zədələnmiş toxumaları bizə açıq şəkildə göstərir. Xəstəliyin diaqnozu, müalicə qərarı, təqibi və növü haqqında ətraflı məlumat verir. Eyni zamanda digər xəstəliklərlə də diferensial diaqnoz qoyulmasına kömək edir. Sarı nöqtə xəstəliyinin quru növü təyin edildikdən sonra, əsasən, qan təzyiqi və qandakı yağ səviyyəsinə nəzarət edərək, Omega 3 qəbul edərək, siqaret və spirtli içkilərdən uzaq duraraq, mineral və vitaminlərlə zəngin qidalanaraq və ya ağız yolu ilə kapsul şəklində qəbul edərək müalicə prosesini həyata keçirmək mümkündür.

Nadir hallarda rastlanan yaş yəniyeni damarın formalaşdığı növdürsə, göz içi inyeksiyaya müraciət edilir. Çox incə iynə ilə göz içinə inyeksiya edilir və zəruri olduqda bu müalicə hər ay təkrarlanır. Bu müalicə növünün əsas məqsədi, yeni damar formalaşmasının və yaş tipin inkişafını gecikdirməkdir. 


Yaradılma Tarixi : 15.07.2022
Yeniləmə Tarixi : 07.04.2023
Redaktor : Yeliz Yiğit
Bu internet sitesi veri politikalarına uygun çerezler kullanır. Bu internet sitesine bakmaya devam etmeniz, çerez kullanımımızı kabul ettiğiniz anlamına gelir. Detaylar için tıklayınız.
x
Əlaqə Forması COVİD-19 Tədbirləri