Trifokal Linzalar
Trifokal Linzalar
Yalnız uzaq məsafəni görməni təmin edən linzalara monofokal (təkfokuslu), uzaq və yaxını görməmizi təmin edən linzalara bifokal (ikifokuslu), uzaq, orta və yaxın məsafəni görməmizi təmin edən linzalara isə trifokal (üçfokuslu) linzalar deyilir. Xəstəyə edilən detallı müayinə nəticəsində göz sağlamlığı halına görə ən uyğun linza müəyyən olunur. 

Multifokal linzaların ən yeni versiyası olan trifokal linzalar, məsafədə aydın görməni təmin etməklə yanaşı, yaxın məsafədə 20-80 sm aralığında eynək ehtiyacını tamamilə aradan qaldırır. Xüsusilə mütəmadi olaraq kompüterdən istifadə edən şəxslər üçün ən rahat üsuldur. 
 


Trifokal linza hansı hallarda tətbiq olunur?  

Kataraktı olan, uzaq və yaxın görmə problemi yaşayan və ya gözü lazer müalicəsinə uyğun olmayan, yüksək göz nömrəsinə sahib olan xəstələrə tətbiq oluna bilən bir metodddur. Bundan əlavə, eynək və kontakt linza istifadə etmək istəməyən miopiya, hipermetropiya və astiqmatizmi olan xəstələrə də tətbiq olunur. 


Trifokal linzalar qalıcıdır?

Trifokal linzalar digər linzalar ilə qarışdırılmamalıdır. Günlük, həftəlik və ya aylıq istifadə olunan linzalar kimi deyil. Cərrahi əməliyyatla, gözdəki sağlam olmayan linza çıxarılır və qalıcı bir linza qoyulur.Zaman keçdikcə effektivliyini itirmədiyinə görə, bu linzalar qalıcı hesab olunur. 

   

Trifokal linzaların yan təsirləri 

Görmə problemi olan və həkimin bu metod üçün uyğun hesab etdiyi bütün xəstələrə trifokal linza tətbiq oluna bilər. Təcrübə tələb edən vacib bir əməliyyat olduğundan, bu prosesi mütəxəssis bir həkim nəzarəti altında tamamlamaq çox vacibdir. Bu əməliyyatda tətbiq ediləcək sahə çox yaxşı mərkəzləşdirilməli və əməliyyatdan sonra sürüşmə olmamalıdır. 

   

Əməliyyat müddəti

Əməliyyat təqribən 10-15 dəqiqə ərzində tamamlanır.Əməliyyat zamanı xəstə ağrı hiss etmir. Xəstə ertesi gün gündəlik həyatına davam edə bilir, ancaq 15-20 gün çox ağır işlərlə məşğul olmamalıdır.

   

Hansı hallarda trifokal linzalar tətbiq olunmur?

Trifokal linzalar diabet, sarı ləkə xəstəliyi və keratokonus kimi kornea problemi səbəbindən göz içi qanaxma və ya retina problemi olan xəstələrə tətbiq edilməməlidir.
Yaradılma Tarixi : 03.02.2022
Yeniləmə Tarixi : 14.02.2023
Redaktor : Yeliz Yiğit
Bu internet sitesi veri politikalarına uygun çerezler kullanır. Bu internet sitesine bakmaya devam etmeniz, çerez kullanımımızı kabul ettiğiniz anlamına gelir. Detaylar için tıklayınız.
x
Əlaqə Forması COVİD-19 Tədbirləri