Vitrektomiya əməliyyatı
Vitrektomiya əməliyyatı
Vitreus; Gözü dolduran şəffaf, gel kimi bir maddədir. Göz həcminin təxminən üçdə ikisini təşkil edir və gözün retina adlanan sinir hissəsini dəstəkləyərək gözün anatomik formasına kömək edir. Əvvəllər retina xəstəliyi səbəbindən kor qalan bir çox xəstə, hazırda vitrektomiya əməliyyatı sayəsində yaxşı görməyə sahibdir.

Vitrektomiya əməliyyatı necə tətbiq olunur?

Vitrektomiyada gözə daxil olmaq üçün açılan dəliklər, kornea dediyimiz şəffaf təbəqənin 3-4 mm dərinlikdən yəni pars planadan edildiyindən bu əməliyyata pars plana vitrektomiya deyilir. Vitrektomiyada sklera dediyimiz ağ görünən təbəqədə 3 dəlik açılır. Bir dəlikden infusion xətti ilə göz içinə maye verilir. Bu maye, vitrektomiya əməliyyatı zamanı çıxarılan vitreusun yerini alır. Digər dəlidən soxulan ışıq qaynağı, əməliyyat zamanı göz daxilini aydınladır. Üçüncü dəlikdən soxulan vitreus kəsicisi isə vitreusu kiçik parçalara ayırıb udur. Əməliyyat zamanı cərrah gözün içini görə bilmək üçün əməliyyat mikroskopu və müxtəlif linzalardan istifadə edir.
Çox zaman sadəcə lokal anesteziya ilə göz keyləşdirilərək edilir. Xəstə əməliyyat bitdikdən sonra evinə gedə bilər. 

Hansı Retina Xəstəliklərində Vitrektomiya Tətbiq olunur?

Göz daxili qanama, irəli səviyyədə diabetik göz zəstəliyi (proliferativ diabetik retinopatiya), retinal dekolman, makula (görmə mərkəzi) dəliyi, makula önü zər yaranması (epiretinal membran), göz daxili infeksiya, göz daxili yad cisim, göz yaralanmaları, retina yırtıqları, katarakt əməliyyatı zamanı gözdə qalan linza qalıqları, göz içinə düşən süni linza kimi xəstəliklərdə vitrektomiya əməliyyatı tətbiq olunur. 
Yaradılma Tarixi : 27.11.2022
Yeniləmə Tarixi : 25.03.2023
Redaktor : Yeliz Yiğit
Bu internet sitesi veri politikalarına uygun çerezler kullanır. Bu internet sitesine bakmaya devam etmeniz, çerez kullanımımızı kabul ettiğiniz anlamına gelir. Detaylar için tıklayınız.
x
Əlaqə Forması COVİD-19 Tədbirləri