Vitreolizis ilə Gözdə Uçuşmaların müalicəsi
Zamanla və ya anidən gözlərinizin önündə görünməyə
başlayan kiçik tünd rəngli cisimciklər kimi ortaya çıxan, "göz uçuşması"
olaraq da bilinən "Degenerativ Vitreus" xəstəliyi, linza və retina
arasında olan və gənc yaşlarda tamamilə şəffaf vitreus mayesinin göz
yaşlandıqca pozularaq mayeləşmə formasını itirməsi nəticəsində meydana gəlir.
Gözdə uçuşmalar necə nəzərə
çarpır?
Vitreusun
quruluşunun pozulması ilə bu gel maddəsinin kollagen lifləri çökür və bunlar
gözdə uçuşan cisimciklər kimi görünür. Çökmə nəticəsində retinada kölgə yaradan
cisimlər, ləkələr, iplər və hörümçək torları kimi fərqli formalarda görünüşə səbəb
ola bilər. Uçuşmalar, göz hərəkətləri nəticəsində, meydana gəldikdə, müvəqqəti
bulanıq görmə və parıltıya səbəb olub, sürücülük, oxuma və buna yaxın işlərdə çətinlik
yarada bilər. Səma kimi açıq sahəyə baxarkən nəzərə çarpır. Gündəlik həyatda,
insanın görmə rahatlığını pozan və bu günə qədər müalicə seçimi olmayan bu
narahatlıq lazerlə aradan qaldırıla və ya təsirləri azaldıla bilər.
Gözdə uçuşmalara kimlərdə
rast gəlinir?
Gözün
arxasındakı maye kisəsinin içindəki kiçik cisimciklərin yaratdığı kölgələr,
uçuşmalara səbəb olur və hər 10 nəfərdən 7-nin həyatını narahat edir. Uçuşmalar
hər yaşda görünə bilər. Xüsusilə gənclərin müayinəsi bu baxımdan vacibdir.
Cisimciklərin,
göz içindəki linzaya və retinaya çox yaxın olması lazer tətbiqinə mane olur.
Bununla birlikdə, cisimciklərin əksəriyyəti təbii linza və retinadan uzaqda və
ümumiyyətlə vitreusun mərkəzi hissəsində meydana gəlir. Bu vəziyyətdə, xəstənin
Vitreoliz müalicəsi üçün uyğun şərtlərə sahib olduğunu demək olar. Bu qiymətləndirmə
mütəxəssis həkim tərəfindən aparılmalı və əldə olunan nəticəyə görə müalicəyə
başlanmalıdır.
Hər növ göz
uçuşması, lazer üçün uyğun olmaya bilər. Müvafiq göz uçuşma növlərini təyin etmək
üçün ilk olaraq tam göz müayinəsindən keçmək lazımdır. Uçuşma növü lazer tətbiqinə
uyğundursa, bir və ya daha çox seansda lazer tətbiq edərək gözün arxasındakı bu
uçuşmalara səbəb olan kiçik hissəcikləri aradan qaldırmaq və ya azaltmaq
mümkündür.
Gözdə uçuşmaların tipləri
Lifli Uçuşma: Vitreusdakı
kollagen liflərinin birləşməsi nəticəsində əmələ gələn bu incə, sıx uçuşmalara
bir çox nöqtə və ya lif tərzi hörümçək torları şəklində rast gəlmək olar. Əsasən,
gənc yaşdakı xəstələrdə rast gəlinir; ölçüsünə və yerləşməsinə görə bu
uçuşmalar Vitreolizis Lazerlə müalicə edilə bilər.
Yayılmış Uçuşma: Bulud kimi görülən bu uçuşma
növü, insanların təbii yaşlanma prosesi nəticəsində baş verir. Bu tip
uçuşmaların müalicəsində, uğurlu nəticələr əldə etmək üçün daha çox vitreoliz
lazer seansları tələb olunur.
Weiss Ring
Uçuşması: Halqa şəklində baş verən bu uçuşma, əsasən linza və retinadan
etibarlı məsafədə olan böyük bir uçuşmadır. Təhlükəsiz məsafədə olması, Vitreolizis ilə təhlükəsiz və təsirli şəkildə
müalicəyə şərait yaradır.
Vitreolizis müalicəsi
Gözdəki
uçuşan cisimcikləri azaltmaq üçün tətbiq olunan lazer müalicə üsulu olan
Vitreoliz, gözə xaricdən tətbiq olunan, ağrısız və uçuşmaları azaldan, görmə
rahatlığını bərpa edə bilən üsuldur. Vitreolizin müalicəsində əsas məqsəd, gözdə
uçuşma olmadan, xəstənin gündəlik görmə rahatlığını təmin etməkdir.
Vitreolizis müalicəsinin tətbiqi
Prosedur başlamazdan əvvəl,
mütəxəssis həkim gözü yumşaq bir anestezik göz damlası ilə keyləşdirir və
prosedurun ağrısız olmasını təmin edir. Müalicə zamanı lazer şüası, xüsusi
hazırlanmış mikroskop və xüsusi linzalar vasitəsilə gözə yönəldilir. Gözdəki
vitreus gel quruluşundakı cisimciklərin təbiətindən
asılı olaraq, prosedur seanslar şəklində aparılır və hər seans təxminən 15 dəqiqə
çəkə bilir.
Müşahidə olunan obyektlərin ölçüsü və sayı əsas
götürülsə də, müalicəni başa çatdırmaq üçün 2 və ya 3 seans tələb oluna bilər.
Vitreoliz lazer müalicəsinin əsası, nanosaniyəli lazer çəkilişlərindən istifadə
edərək görmə rahatlığını pozan gözdə uçuşan hissəciklərin aradan qaldırılmasına
əsaslanır. Uçuşan cisimciklərin kollagen və hialuronik molekulları lazerlə qaza
çevrilir. Prosesin sonunda, bu cisimciklərin əksəriyyəti və ya əhəmiyyətli bir
hissəsi məhv edilir və ya görmə qabiliyyətinə əhəmiyyətli dərəcədə maneə törətməyən
ölçülərə gətirilir. Müalicədən sonra, xəstənin görmə sahəsinin aşağı hissəsində
kiçik və qaranlıq ləkələr müşahidə etməsi normaldır. Qaza çevrilən molekulların
təsiri olan bu vəziyyət qısa müddətdə yox olur.
Vitreolizis müalicəsi
kimlər üçün uyğundur?
Bu günə qədər davam edən klinik tədqiqatlar, vitreoliz lazer metodunun
bir çox xəstə üçün gözdə uçuşan cisimcikləri aradan qaldırılması və ya
azaldılmasında təsirli və təhlükəsiz bir müalicə üsulu olduğunu göstərdi. Bəzi
insanlar, göz quruluşlarına görə bu prosedura uyğun olmaya bilər. İnsanların
vitreoliz müalicəsinə uyğun olub-olmadığını mütəxəssis həkim tərəfindən müəyyən
oluna bilər.
Vitreoliz lazer müalicəsindən başqa, xəstəliyin
diaqnozundan asılı olaraq cərrahi müdaxiləyə ehtiyac yarana bilər. Təcrübəli
bir mütəxəssisin nəzarəti altında aparılacaq cərrahi əməliyyatla göz daxilii
gelin bir hissəsi və ya lazım olduqda, vitreus mayesinin hamısı çıxarılır və
yerinə xüsusi bir elektrolit salin məhlulu qoyulur.
İnsanın gündəlik həyatında görmə rahatlığına mənfi
təsir göstərən göz uçuşması yoxdursa, müalicə tələb olunmur.
Yaradılma Tarixi : 23.06.2022
Yeniləmə Tarixi : 16.01.2023