Yaşla əlaqəli makula degenerasiyası
Yaşla əlaqəli makula degenerasiyası
Yaşla əlaqəli makula degenerasiyası və ya daha çox "sarı nöqtə xəstəliyi" olaraq bilinən bu xəstəlik, xüsusilə irəliləyən yaşlarda zəif görmənin ən başlıca səbəblərindən biridir. Ən çox rastlanan göz xəstəlikləri arasında ikinci sıradadır, birinci sırada isə şəkər xəstəliyindən qaynaqlanan fəsadlar gəlir.

Beləliklə, xəstənin görmə keyfiyyətinə təsir etdiyindən və görmə itkisinə səbəb olduğundan retina xəstəlikləri içərisində böyük əəmiyyətə malikdir. Sarı nöqtə, retinanın müəyyən bir bölgəsinin adıdır və bu bölgədə görülən narahatlıqlara sarı nöqtə xəstəliyi deyilir. Ümumiyyətlə, 55-65 yaş aralığında daha çox rastlanır. Ən böyük risk faktoru yaşdır. Yaş nə qədər böyükdürsə, xəstəliyin görülmə tezliyi o qədər çox olur.

"Sarı nöqtə" gözün sinir təbəqəsi olan retinanın, rəngarəng və detallı görməsini təmin edən bir bölgəsidir. Sarı nöqtə, erkən yaşlarda həddindən artıq günəş işığına və ya digər retina xəstəliklərinə məruz qaldıqda, yaş artdıqca, nadir hallarda anadangəlmə və ya travma nəticəsində ilə pozula bilər. Xəstəliyə səbəb olan digər amillər isə spirtli içki və siqaretdir. Qandakı yağ səviyyəsi; yüksək trigliserid-xolesterol səviyyələri olan xəstələrdə baş vermə riski arta bilər. Sarı nöqtə xəstəliyində; xəstənin əsas şikayəti baxdığı yerin ortasını görməkdə çətinlik və ya görüntünün tamamilə itməsidir. Xəstəliyin başlanğıc səviyyələrində, xüsusilə düz xətlərin qırıq və ya əyri görülməsi ən çox qarşılaşılan şikayətlər arasındadır. Yaşla əlaqəli sarı nöqtə xəstəliyinin iki növü var: yaş və quru tip. "Quru tip" daha çox yayılmış formasıdır və irsidir. "Yaş tip" isə daha az yayılıb, lakin daha sürətli görmə itkisinə səbəb olur. Yaş tipdə sarı nöqtənin yerləşdiyi retinanın içərisində maye və ya qanaxma mövcud olduğu üçün bu vəziyyət sürətli və ciddi bir görmə itkisinə səbəb ola bilər. Quru tipli sarı nöqtə xəstəliyinin zamanla yaş tipə çevrilməsi ehtimalı yüksəkdir. Quru tipə xəstələrin təqribən 80%-də rast gəlmək mümkündür və toxumanı qurudaraq yavaş irəlilədiyi üçün daha yüngül növ hesab olunur. 

Yaş növ, yeni damarlar əmələ gəldiyi zaman verilən addır. Xəstə yaş tipə keçdikdə, əyri görmə şikayətləri əhəmiyyətli dərəcədə artır. Düz xətlərdə qırıqlar nəzərə çarpır. Kiçik və ya böyük görmə şikayətləri ola bilər. Yaş tipə çevrildikdə irəliləmə daha sürətli bir şəkil alır. Xoşbəxtlikdən, xəstələrin yalnız 20%-lik qismində yaş tip sarı nöqtə xəstəliyinə rastlanır. 

"Optik Koherens Tomoqrafiya" (OCT) və "floresan angioqrafiya", xüsusən də yaş tip xəstəliklərdə, sarı nöqtə xəstəliyinin diaqnozu və təqibində tez-tez istifadə olunan testlərdir. Xəstənin özü tərəfindən asanlıqla həyata keçirilə bilən test çox faydalı bir təqib metodudur. Sarı nöqtə xəstəliyi uzun müddət mütəmadi təqib tələb edən bir xəstəlikdir. Vitaminlər və minerallarla zəngin qida əlavələri (lutein, zeaxanthin, omega-3, sink kimi) quru tipli sarı nöqtə xəstəliyinin müalicəsində çox faydalıdır. Yaş tip xəstələrdə göz daxilinə iynə müalicələri sayəsində, xəstəliyin gedişatını yavaşlatmaq, bəzi hallarda dayandırmaq və ya görmə qabiliyyətini artırmaq mümkündür.


Yaradılma Tarixi : 27.02.2022
Yeniləmə Tarixi : 05.06.2023
Redaktor : Yeliz Yiğit
Bu internet sitesi veri politikalarına uygun çerezler kullanır. Bu internet sitesine bakmaya devam etmeniz, çerez kullanımımızı kabul ettiğiniz anlamına gelir. Detaylar için tıklayınız.
x
Əlaqə Forması COVİD-19 Tədbirləri