Add On Ağıllı linza müalicəsi
Add On Ağıllı linza müalicəsi
Ağıllı linzalar uzaq, yaxın və orta məsafələr üçün nəzərdə tutulan, insanın gözünün içinə yerləşdirilən və daha keyfiyyətli görmə təmin edən linzalardır. Bu linzalar, tək fokuslu linzaları olan və əvvəl katarakt əməliyyatı keçirib, yaxından oxumaq üçün eynəkdən istifadə etmək məcburiyyətində qalan insanlar üçün nəzərdə tutulub. ADD ON ağıllı linza texnikası ilə gözün içindəki köhnə mərcəklər yaxın, uzaq və orta məsafədə görməni təmin edən Ağıllı linzalar ilə əvəz olunur. ADD ON ağıllı linza texnikası lokal anesteziya ilə təxminən 6-7 dəqiqədə tamamlanır və insan gün içində evə buraxılır.


Add On linzalar kimlər üçündür?

Katarakt əməliyyatı və ya refraktiv linza əməliyyatından sonra refraktiv qüsur qalıqları qala bilər, yəni refraktiv qüsur tamamilə aradan qaldırıla bilməz.

Xəstə əməliyyatdan sonra sabit refraksiyaya çatdıqda, oftalmoloq ADD ON ağıllı linza ilə əməliyyatı həyata keçirə bilər.

LASIK əməliyyatında, refraktif qüsuru qala bilər. Bu xəstələr lazerlə yenidən əməliyyat edilə bilmədikləri və göz içi linzaları implantasiya olunduğu təqdirdə, bu növ əməliyyata  müraciət edə bilərlər.


Bu prosedur gözdə süni linza olduğu və ya kristal linza cərrahi yolla çıxarıldığı təqdirdə həyata keçirilir. Əlavə olaraq,yeni linza bütün məsafələrdə görməni təmin etmək üçün çox fokuslu ola bilər. ADD ON ağıllı linzaların dörd fərqli növü var. Ətraflı müayinədən sonra hansı növün sizin üçün daha çox uyğun olduğunu öyrənmək mümkündür.



ADD ON ağıllı linzaları gözə necə tətbiq edilir?

ADD ON ağıllı linzanın tətbiqi katarakt əməliyyatına çox oxşayır. Minimal invaziv  prosedur daxilində, əsas göz içi (intraoküler) linzanın qarşısına ADD ON ağıllı linzası yerləşdirilir. Oftalmoloqunuz əməliyyatdan əvvəl olan prosedurlar və müayinələr haqqında  sizə ətraflı məlumat verəcəkdir.
Bu internet sitesi veri politikalarına uygun çerezler kullanır. Bu internet sitesine bakmaya devam etmeniz, çerez kullanımımızı kabul ettiğiniz anlamına gelir. Detaylar için tıklayınız.
x
Əlaqə Forması COVİD-19 Tədbirləri