Ağıllı Göz Daxili Linzalar
Ağıllı Göz Daxili Linzalar
Katarakt xəstəliyi zamanı, xəstənin gözünün içindəki təbii göz mərcəyi bir müddət sonra şəffaflığını itirir və görmə keyfiyyəti azalır, gecə avtomobil faralarında əks olunmalara və rəngli görmə keyfiyyətinin azalmasına səbəb olur. Bu halda, qüsurlu linzaların süni linzalarla əvəz edilməsi lazımdır. Bu linzalar (göz içi linzalar) katarakt xəstələrinə və ya gözləri lazerlə müalicə üçün uyğun olmayan və yüksək eynək nömrələri olan xəstələrə tətbiq oluna bilər.

Ağıllı göz içi linzalar, eynək taxmaq istəməyən, lakin lazerlə müalicənin uyğun olmadığı xəstələrdə, ətraflı göz müayinəsindən sonra tövsiyə edilə bilər. Ancaq ən vacib və ümumi istifadə sahəsi katarakt müalicəsidir. Əməliyyat, şəffaflığını itirmiş linzaların çıxarılması və xəstəyə ən uyğun göz içi linzanın taxılması ilə tamamlanır və beləliklə göz yenidən görmə keyfiyyətini bərpa edir.

Göz içi linza növləri

Sadəcə uzaq məsafəni görməni təmin edən linzalara monofokal (təkfokuslu),
uzaq və yaxın görməni təmin edən linzalara bifokal (ikifokuslu),
uzaq, orta və yaxın məsafəni görməni təmin edən linzalara trifokal (üçfokuslu) linzalar deyilir. Xəstənin həyat fəaliyyəti və gözün vəziyyəti nəzərə alınaraq, bifokal (ikifokuslu) və ya trifokal (üçfokuslu) linza seçilir və buna görə eynəyə ehtiyac qalmır.
Xəstənin gözündə astiqmatizm varsa, torik linza (astiqmatlı linza) seçilə bilər.

Göz içi linza seçimi

Katarakt müalicəsində istifadə olunan göz içi linza tətbiqinin əsas məqsədi, xəstənin yenidən sağlam günlərinə qayıda bilməsidir. Bu əməliyyat bir daha təkrar oluna bilməyəcəyi üçün, bu proseduru həyata keçirərkən, xəstənin həyatı boyu görmə baxımından rahat olması çox vacibdir. Bu səbəbdən, xəstənin yaşı, peşəsi, yaşayış şərtləri, vərdişləri və hobbiləri kimi linza seçimini təyin edən amillərə diqqət yetirmək lazımdır.

Məsələn, xarici mühitdə günəş işığına məruz qalan birinə UV (Ultrabənövşəyi) xüsusiyyətli linzalar, gecə səyahət edən bir xəstə üçün isə gecə görmə keyfiyyətini artıran linzalar tövsiyə olunur. Buna görə, göz içi linza seçimi, detallı fiziki müayinə olub, xəstənin yaşayış şərtlərinə uyğun olaraq həkimlə birlikdə verilən qərardır. 

Göz içi linzalarda yeniliklər

Katarakt xəstələrinin müalicəsi zamanı, xəstənin deformasiya olunmuş linzası çıxarılaraq yerinə  yaxın və ya uzağı aydın görməni təmin edən monofokal linza qoyulur. Bu səbəbdən əməliyyatdan sonra görmə keyfiyyətinin yalnız bir hisssəsi bərpa olunduğu üçün xəstələr eynəkdən istifadə etməyə davam edirlər. Bütün görmə qüsurlarını bir anda aradan qaldırmaq, aydın görməni təmin etmək və eynəkdən istifadə etməmək üçün multifokal göz içi linzalar tək fokuslu linzalarla əvəz olunmuşdur.

Xəstələr multifocal linzalar (ağıllı linzalar) vasitəsilə eynəksiz kitab oxuya və ya uzağı asanlıqla görə bilərlər. Trifokal linzalar ən inkişaf etmiş göz içi linza texnologiyasıdır. Yaxın, orta və uzaq məsafələrdə aydın görməni təmin etdiyi üçün xəstənin həyat keyfiyyətini artırır.

Bu internet sitesi veri politikalarına uygun çerezler kullanır. Bu internet sitesine bakmaya devam etmeniz, çerez kullanımımızı kabul ettiğiniz anlamına gelir. Detaylar için tıklayınız.
x
Əlaqə Forması COVİD-19 Tədbirləri