Avto Refraktometr
Avto Refraktometr
Kornea və linzanın vəzifəsi işığı bir nöqtədə cəmləşdirmək və retinada tək bir nöqtəyə yönəltməkdir. Kornea və linza bunu mükəmməl bir şəkildə edə bildiyi təqdirdə, görmə aydın olacaq, əks halda refraktif qüsurunuz var deməkdir.

Refraksiya işığın qırılması deməkdir və kornea ilə linza düzgün işləmədiyi təqdirdə, refraktif qüsur, yəni görmə qüsuru meydana gəlir. 3 növ görmə qüsuru var: miopiya, hiperopiya və astiqmatizm.


Avto Refraktometr, gözdəki refraktif qüsuru avtomatik olaraq ölçən cihazdır. Ölçmə bir neçə saniyə ərzində başa çatır və təhlükəsizdir. Xəstə çənəsini cihazın üzərinə qoyur və cihazın içindəki şəkilə baxır. Bu vaxt düyməyə basılır və ölçü alınır. Eynək nömrəsini təyin edərkən bu cihazla alınan ölçüyə istinad edilir.

Bu internet sitesi veri politikalarına uygun çerezler kullanır. Bu internet sitesine bakmaya devam etmeniz, çerez kullanımımızı kabul ettiğiniz anlamına gelir. Detaylar için tıklayınız.
x
Əlaqə Forması COVİD-19 Tədbirləri