Diabetik Retinopatiya və cərrahiyyəsi
Diabetik Retinopatiya və cərrahiyyəsi
Qandakı yüksək şəkər səviyyəsi, arteriya, damar və kapilyar adlanan çox incə damarlara zərər verir. Diabet xüsusilə sinir təbəqəsini (retina qatını) və bu təbəqədəki kapilyarlara təsir edərək gözün işini pozur və görmə itkisinə səbəb olur. Diabet səbəbiylə baş verən retina pozğunluqlarına diabetik retinopatiya deyilir. Bu xəstəliklər, erkən mərhələlərdə xəstədə heç bir şikayətə səbəb olmur və təsadüfən aşkar edilir.

Diabetik retinopatiyanın meydana gəlməsində rol oynayan risk faktorlarından biri də diabet müddətidir. Tip 1 və ya insulinə bağlı gənc diabet xəstələrində yetkinlik yaşından sonra retinopatiya aşkar olunması yaşa bağlı olaraq artmaqdadır. Qan şəkərinin nizamsız gedişi retinanın pisləşməsini və xəstəliyin inkişafını asanlaşdırır. Hamiləlik, hipertoniya, yüksək qan lipidləri (hiperlipidemiya), böyrək xəstəliyi retinopatiyanı ağırlaşdıran digər amillərdir.

FFA (Fundus Floressein Angioqrafiya) müalicəyə ehtiyacı olan xəstələrin təyin edilməsində əhəmiyyətli bir diaqnostik vasitədir. Diabetik görmə mərkəzi yaralanmalarının diaqnozunda Optik Koherens Tomoqrafiyanın geniş tətbiqi ilə tərifi, təsnifatı və müalicəsinin formalaşmasında ciddi bir irəliləyiş əldə edilmişdir. OKT Angioqrafiya (angiopleks) klinikamızda mövcuddur. Ənənəvi göz angioqrafiyasında olduğu kimi OKT angioqrafiyasında insanlara damar yolu ilə dərman verilmir. Gözün angioqrafik görüntüsü 3D (3 ölçülü) ilə təmin edilir.

Müalicə: Arqon lazer fotokoagulyasiyası ilə erkən dövrdə gözdəki damar zədələnməsinin inkişafı dayandırıla və qalıcı görmə itkisinin qarşısı alına bilər. Diabetin səbəb olduğu retina zədələnməsinin bir çox mərhələsində müalicə üçün göz içi inyeksiyaya ehtiyac yarana bilər. Çox inkişaf etmiş hallarda Pars plana vitrektomiya əməliyyatı ilə göz içi qanaxma təmizlənir və göz içi membranlar soyulur.
Bu internet sitesi veri politikalarına uygun çerezler kullanır. Bu internet sitesine bakmaya devam etmeniz, çerez kullanımımızı kabul ettiğiniz anlamına gelir. Detaylar için tıklayınız.
x
Əlaqə Forması COVİD-19 Tədbirləri