Göz Angioqrafiyası
Göz Angioqrafiyası
Göz Angioqrafiyası, gözün arxasında yerləşən retina və koroid təbəqələrindəki damar quruluşunu araşdırmaq üçün istifadə edilən bir üsuldur.

Gözün angioqrafik təsviri şəkər xəstəliyi, göz şişləri, gecə korluğu və retina xəstəliklərini təyin etməyə kömək edir.

Göz Angioqrafiyası nə üçün edilir?

  • Göz angioqrafiyası göz damarlarının görünüşü
  • Gözün içində hər hansı kütlənin olub olmamasının araşdırılması
  • Göz damarlarındakı problemlərin aşkar olunması
  • Göz damarlarında qanaxma zonalarının müəyyən olunması
  • Göz damarlarındakı tıxanıqlıqların müəyyən olunması
  • Göz iltihabının müayinəsi
  • Retinada ediləcək lazer müalicəsinə qərar vermək və lazer müalicəsinin tətbiq ediləcəyi sahələrin müəyyənləşdirilməsi
  • Lazer və ya digər tətbiq olunacaq müalicə üsulunun effektivliyinin müəyyən edilməsi
  • Yaşla əlaqəli sarı ləkə xəstəliklərinin aşkarlanması və müalicəsi.

Göz Angioqrafiyası necə edilir?

Göz angioqrafiyası gözün arxasındakı damarları xüsusi boyayla boyayaraq,gözlə görünməyən problemlərin ortaya çıxarılması, diaqnoz qoyulması, müalicəyə qərar verilməsi və müalicənin izlənməsi məqsədilə istifadə olunur. İlk olaraq prosedura başlamadan əvvəl göz bəbəkləri xüsusi damla ilə böyüdülür və qoldan damarlara xüsusi dərman yeridilir.Bu dərman sayəsində gözdəki damarlar daha aydın görünür. Daha sonra xüsusi  bir mikroskop və işığın köməyi ilə göz içi şəkillər çəkilir. Əldə edilən təsvirlərlə xəstəyə diaqnoz qoyulur. Prosedur təqribən 30 dəqiqə davam edir və gözlərə heç bir zərəri yoxdur.
Qırmızı qan hüceyrələrinin damarda hərəkəti OCT-B ilə müəyyən olunur və görüntüyə çevrilir.
OCT Angioqrafiya, damar və stuktur görünüşü haqqında məlumatları invaziv müdaxilə olmadan tək bir ekranda göstərir. Ənənəvi göz angioqrafiyasından fərqli olaraq, OCT angioqrafiyasında insanlara damar yolu ilə dərman verilmir. Gözün angiyografik görüntüsü 3D (3 ölçülü) ilə təmin edilir.



Bu internet sitesi veri politikalarına uygun çerezler kullanır. Bu internet sitesine bakmaya devam etmeniz, çerez kullanımımızı kabul ettiğiniz anlamına gelir. Detaylar için tıklayınız.
x
Əlaqə Forması COVİD-19 Tədbirləri