Göz estetikası, göz qapağı sallanması, qaz ayaqları, qaş sallanması, gözaltı torbalar, yanaqla gözaltı arasında çökmə kimi hallarda tətbiq olunan cərrahi metoddur.
Göz estetikası nədir?
Yaşlanma ilə birlikdə göz qapaqlarında dəyişikliklər baş verir. Bunlara göz altlarında torbalanma, üst qapaqlarda dəri sallanması, göz ətrafında “qaz ayağı” deyilən qırışıqlıqlar daxildir.
Göz ətrafındakı bu dəyişikliklər üçün “blefaroplastika” deyilən göz qapağı estetikası proseduru tətbiq olunur. Bu cərrahiyyə proseduru, xalq arasında “göz estetikası olaraq” tanınır.
Göz əməliyyatı və sonrası
Anesteziya: Əsasən lokal anesteziya.
Müddəti: İki qapaq cəmi 60 dəqiqə.
Gözlər sarğılanmır. Sadəcə göz qapaqlarına incə bir bant yapışdırılır.
Əməliyyat sonrası: İlk 24 saat soyuq kompres (buz torbası ilə) tətbiq olunur. İlk 5 gün qapaqlarda şiş və göyərmə ola bilər. 1 həftə göz qapaqlarına su vurmaq olmaz.
Tikişlər: 7 gün sonra sökülür.
Müayinələr: Əməliyyatın ertəsi günü, 7 gün sonra, 1 ay sonra.
Göz damlaları və məlhəm: Göz qapaqlarına antibiyotikli və kortizonlu məlhəm 1 həftə, gözə antibiyotikli damla 1 həftə tətbiq olunur.
Göz qapağı sallanması (Ptoz)
Üst göz qapağın sallanmasına “ptoz” deyilir. Qapaq sallanması hər yaşda görülə bilər. Bu problem göz estetikası daxilində müalicə edilir.
Göz qapağı sallanmasının səbəbləri
Neyrogen səbəblər: Göz qapağını yuxarıda tutan sinirdəki problemlər,
Miyogen səbəblər: Göz qapağı əzələsindəki qüsurlar (doğuşdan qapaq sallanması olanlarda bu əzələ az inkişaf etmişdir)
Yaşa bağlı səbəblər Yaşlanma, göz əməliyyatları
Mexanik səbəblər: göz qapağında ağırlıq yaradan təsirlər (məsələn, qapaqdakı şişlər, hematom və s.)
Göz qapağı sallanmasının müalicəsi
Müalicəsi əməliyyatdır. Ən çox tətbiq olunan 2 texnika mövcuddur:
Levatorun rezeksiyası: Göz qapağı əzələsinin funksiyası kifayət etdiyi zaman bu texnika seçilir.
Frontal asqı metodu: Göz qapağı əzələsi, çox zəif olanda bu texnikadan istifadə olunur. Anadangəlmə olan qapaq sallanmasında, göz qapağı sinirinin iflicində və daha əvvəl göz qapağı sallanması əməliyyatı olmuş, amma qapağı düzəlməmiş şəxslərdə tətbiq olunur. Metodun dezavantajı, göz qapama zamanı əməliyyatlı tərəfin çox az olaraq açıq qala bilməsidir.
Uşaqlarda qapaq sallanması: göz bəbəyini bağlayırsa dərhal, bağlamırsa məktəbə getməzdən əvvəl qapaq əməliyyatı tətbiq olunmağı vacibdir.
Göz qapağı sallanması əməliyyatı
Anesteziya: lokal anesteziya, uşaqlarda isə ümumi anesteziya.
Müddəti: Tək qapaq 30 dəqiqə.
Sarğı: Göz qapağına incə bir bant yapışdırılır.
Əməliyyat sonrası: 1 həftə göz qapağına su vurmaq olmaz. Göz qapağında şişlik və göyərmə ola bilər, soyuq tətbiq edilə bilər.
Tikişlər: 7 gün sonra sökülür.
Müayinələr: Əməliyyatın ertəsi günü, 7 gün sonra, 1 ay sonra
Göz damcıları və məlhəm: 1 həftə göz qapaqlarına antibiotikli və kortizonlu məlhəm, gözə antibiotikli damla tətbiq olunur.
Frontal asqı metodu
Anesteziya: Göz qapaqlarına və alın bölgəsinə lokal anesteziya, uşaqlarda ümumi anesteziya
Müddət: Tək qapaq 30 dəqiqə
Sarğı: Kəsim yerinə incə bant yapışdırılır.
Əməliyyat sonrası: Qapaqlarda şişlik və göyərmə ola bilər.
Tikişlər: 7 gün sonra sökülür.
Müayinələr: Əməliyyatın ertəsi günü, 5 gün sonra, 1 ay sonra
Göz damcıları və məlhəm: 1 həftə göz qapaqlarına antibiotikli və kortizonlu məlhəm, gözə antibiotikli damla tətbiq olunur.
Qapaqların içə dönməsi (Entropion)
Göz qapaqlarının içə dönməsinə "entropion" deyilir. Entropion, əsasən alt göz qapağında olur. Çox nadir hallarda üst qapaqda da rast gəlinir. Entropion daha çox yaşlılığa bağlı (senil) qapaq boşalması səbəbindən, skar deyilən yara izləri ilə nəticəsində və ya anadangəlmə də ola bilər.
Entropionun simptomları
Göz qapağının içə dönməsi;
Gözdə batma, sulanma, qızarıqlıq.
Müalicəsi əməliyyatdır. Əməliyyat fərqli metodlarla həyata keçirilir.
Entropion əməliyyatı və sonrası
Anesteziya: Göz qapaqlarına lokal anesteziya.
Müddəti: Təxminən 30 dəqiqə
Sarğı: Göz sarğılanmır. Sadəcə göz qapağına incə bir bant yapışdırılır.
Əməliyyat sonrası: Ertəsi gün bant açılır. 1 həftə göz qapağına su vurmaq olmaz
Tikişlər: 7 gün sonra sökülür.
Müayinələr: Əməliyyatın ertəsi günü, 7 gün sonra, 1 ay sonra
Göz damcıları və məlhəm: 1 həftə göz qapaqlarına antibiotikli və kortizonlu məlhəm, gözə antibiotikli damla tətbiq olunur.
Qapaqların xaricə dönməsi (Ektropion)
Göz qapaqlarının xaricə dönməsinə "ektropion" adı verilir. Göz estetik cərrahiyyəsi ilə düzəldilə bilər. Ektropion alt göz qapağında olur. Ektropion daha çox yaşa bağlı (senil) qapaq boşalması, yara izləri, üz siniri iflici və alt qapaqdakı kütlələr ilə əlaqədar olaraq formalaşa bilər.
Ektropionun simptomları
Göz qapağının xaricə dönməsi;
Göz yaşını buruna daşıyan kanalın ucunun gözə çevrilmiş olmaması ilə bağlı olaraq gözdə batma, ağlamış kimi xaricə sulanma;
Korneada quruma.
Ektropiyonun müalicəsi əməliyatladır.
Əməliyyat və sonrası
Anesteziya: lokal anesteziya.
Müddət: təxmini 30 dəqiqə
Əməliyyat sonrası: Ertesi gün bant açılır. 1 həftə göz qapağına su vurmaq olmaz.
Tikişlər: 7 gün sonra sökülür.
Müayinələr: Əməliyyatın ertesi günü, 7 gün sonra, 1 ay sonra
Göz damlaları və məlhəm(pomade): 1 həftə göz qapaqlarına antibiotikli məlhəm, gözə antibiotikli damla tətbiq olunur.
Xalazion
Kirpik diblərindəki məsamələr, göz qapaqlarındakı yağ vəzlərinin uclarıdır. Bu məsamələrin yağlanma, makiyaj, infeksiya kimi səbəblərlə tutulması nəticəsində geridəki yağ vəzində şişkinlik və iltihab əmələ gəlir. Bunun, zamanla kistaya dönməsinə xalazion deyilir.
Xalazionun müalicəsi
İlk mərhələdə infeksiyanın qarşısını almaq üçün antibiotikli damlalar istifadə olunur. İsti sarğı tətbiq olunur. İsti sarğı, iltihab toxumasının təşkil olunmasını və kirpiklərin dibindəki məsamələrin genişlənməsini və xaricə boşalmasını təmin edə bilər. Amma vaxtında, lazım olan müalicə edilməzsə, bir müddətdən sonra iltihab toxumasının ətrafında kist əmələ gələr. Bunun, cərrahi olaraq boşaldılması və kistin çıxarılması lazım ola bilər.
Anesteziya: lokal anesteziya
Müddət: 5 dəqiqə
Sarğı: Göz sarğılanmır. Sadəcə göz qapağına incə bir bant yapışdırılır.
Əməliyyat sonrası: Göz qapağında yüngül şişik, göyərmə ola bilər.
İşə dönmə: Ertesi gün işə başlamaq olar.
Müayinələr: Əməliyyatın ertesi günü, 1 ay sonra.
Göz damlaları və məlhəm(pomade): 1 həftə antibiotikli damla-məlhəm.
Göz qapağında yağ toplanması (Ksantelezma)
Ksantelazma, əsasən xanım pasiyentlərdə rast gəlinən yağ-xolesterol toplantısıdır. Alt və üst göz qapaqlarının iç hissəsində rastlanır. Gənc yaşda olan ksantelazmada, xolesterol yüksəkliyindən şübhə edilməlidir.
Müalicəsi əməliyyatladır. Bu tip qapaq cərrahiyyələrindən sonra iz qalmır.
Ksantelezma əməliyyatı və sonrası
Anesteziya: ləkə bölgəsinə lokal anesteziya.
Müddət : 5 dəqiqə
Sarğı: Göz sarğılanmır. Sadəcə göz qapağına incə bir bant yapışdırılır.
Əməliyyat sonrası: Ertəsi gün bant açılır. Qapaqda yüngül göyərmə ola bilər. 1 həftə göz qapaqlarına su vurmaq olmaz.
Tikişlər: 7 gün sonra açılır.
İşə dönmə: Ertesi gün.
Müayinələr: Əməliyyatın ertəsi günü, 7 gün sonra, 1 ay sonra
Göz damlaları və məlhəm(pomade): 1 həftə antibiotikli damla-məlhəm tətbiq olunur.
Göz qapağı kütlələri
Göz estetikası, göz qapaqlarında əmələ gələn kütlələrin müalicəsi üçün tətbiq oluna bilər. Bu kütlələr xoşxassəli və ya bədxassəli ola bilər.
Xoşxassəli Kütlələr
Viral siğillər
Dermoid kist
Seboreik keratoz
Aktinik keratoz
Kutanöz horn
Piyogenik qranuloma
Ben (nevus)
Keratoakantoma
Kapilyar hemangioma
Bədxassəli Kütlələr
Bazal hüceyrə karsinoması
Skuamoz hüceyrəli karsinoma
Yağ vəzi karsinoması
Melanoma
Merkel hüceyrəli karsinoma
Belə kütlələrin müalicəsi çox vaxt cərrahi xarakter daşıyır. Çıxarılan kütlə patoloji müayinəyə göndərilməlidir.
Kipriklərin içə dönməsi (Trikiyazis)
Kirpiklərin içə dönməsinə “trikiyazis” deyilir. Uzun zaman infeksiyalar və qapaq xəstəliklərində ola bilər. İçə dönən kirpiklər, estetik olmayan görüntüyə, gözdə batma və narahatlığa səbəb olur. Bu kirpiklər korneaya sürtünərək, ona zərər verirlər. Korneada qalıcı izlərə yol açaraq, görmə keyfiyyətini azalda bilərlər.
Müalicəsi
İçə doğru dönmüş olan kirpiklər maqqaşla çıxardılır. Amma bu qalıcı bir metod deyil. 3 ay sonra kirpiklər yenə çıxır.
İçə doğru dönmüş kirpik kökləri, radiofrekans kauterlə yandırılır. Qalıcı müalicə üsulu olub, birdən çox seans lazım ola bilər.
İçə dönmüş kirpik kökləri, “krio” deyilən cihazla da dondurula bilər. Qalıcı bir müalicədir, birdən çox seansa ehtiyac ola bilər.
Göz protezi
Göz protezləri, gözün qəzalar və ya xəstəliklər nəticəsində, cərrahi olaraq çıxarılması halında istifadə olunur. Bu protezlər görməni təmin etmir amma estetik olaraq yaxşı bir görüntü əldə etməyə şərait yaradır.
Görməyən gözlər, estetik olaraq xoş olmayan bir görüntü yarattığında və ya ağrılı olduğunda çıxarılır. Gözün alınması əməliyyatı müxtəlif metodlarla edilir:
Bütün göz almasının alınması (enukleasiya): Göz şişlərində istifadə olunur.
Göz kürəsinin içini boşaltmaq (eviserasiya): Göz, şiş xaricindəki digər səbəblərdən çıxarılarsa, bu metoddan istifadə olunur.
Protezlər, daxili və xarici göz protezləri olaraq ikiyə ayrılır. Daxili göz protezi, xüsusi materiallardan hazırlanır və boşaldılmış gözdəki səs itkisini kompensasiya edir. Yara toxumaları sağaldıqdan sonra, xəstənin göz qapaqları boşluğunu ölçərək xarici göz protezi hazırlanır.
Göz protezlərinin yarada biləcəyi problemlər
• Gözdə qaşıntı və axıntı
• Protezi örtən yatağın sürüşməsi
• Göz qapaqlarında deformasiyalar
• Protez istifadəçiləri üçün tövsiyələr
• Gecə protezinizi çıxarmayın, protezinizlə yatın. Bu şəkildə protezin qoyulduğu yataq büzülməz və daha az göz axıntısı olar.
• Səhər kirpiklərinizi köpükləndirərək körpə şampunu və bol isti su ilə yuyun.
• Gün ərzində protezinizə süni göz yaşları damladın.
• Eynək taxın. Bu şəkildə həm sağlam gözünüz qorunur, həm də protezli gözünüz daha az diqqət çəkir.
• Gözlərdə qaşınma və ya axıntı olduqda oftalmoloqunuzla məsləhətləşin. Tövsiyə olunan antiallergik damcılardan istifadə edin.