Göz Ultrasonografiyası
Göz
ultrasonoqrafiyası, xüsusilə travmatik göz problemlərində ehtiyac duyulan diaqnostik
üsuldur.
Ultrasonoqrafiya,
müayinə zamanı səs dalğalarının istifadə edilməsidir. Çox
geniş istifadə olunan müalicə üsuludur və iş prinsipi əsasən səs dalğalarının əks
olunmasına əsaslanır, yəni səs dalğaları skan edilmək üçün toxumaya göndərilir
və geri əks olunan səs dalğaları bu cihaz vasitəsilə aşkar edilərək müəyyən təsvirlər
yaradır. Bu təsvirlərə baxaraq toxumadakı dəyişikliklər
aşkar edilir.
Göz
xəstəliklərini aşkar etmək üçün iki növ ultrasonoqrafiya müayinəsi aparılır. Birincisi, gözün gözlə
görünə bilməyən hissələrindəki toxuma zədələnmələrini
təyin etmək üçün; Retina yırtılması və ya dekolmanı, göz içi qanaxma, gözə yad
cismin batması, şiş və iltihab hallarında istifadə olunur.
İkinci
növ isə xüsusilə katarakt əməliyyatında istifadə olunacaq linzanın seçilməsi
üçün göz bəbəyinin ölçüsünün, kornea qalınlığının, linza və ön kameranın
qalınlığının ,vitreus dediyimiz göz içi mayenin həcmini ölçmək üçün istifadə
olunur.