Keratokonus; gözümüzün önündəki şəffaf təbəqənin, yəni kornea təbəqəsinin,
zaman keçdikcə qabarıqlaşması və kəskinləşməsi ilə meydana gələn bir
xəstəlikdir. Əvvəlcə bir gözlə başlayır, sonra digər gözdə əmələ gəlir.
Günümüzün texnoloji imkanları sayəsində xəstələr şikayətlərini araşdıraraq,
hansı xəstəlikləri olduğunu daha erkən təyin edə bilirlər. Bu xəstəlik
səbəbiylə pozulmalar; görmə pozğunluğu, görmə keyfiyyətində azalma və dərin
görmə itkisi baş verə bilər.
Keratokonusun simptomları
Bu simptomlar fərdə görə dəyişə bilir, lakin anadangəlmə xəstəlik deyil. İlk
zamanlarda, simptomsuz, hər hansı bir görmə pozğunluğu yaratmayan, həkimə ehtiyac
yaratmayan keratokonus tiplərinə rastlamaq mümkündür. Lakin rutin göz müayinəsində
tez-tez eynək nömrəsi irəliləyən, nömrəsində davamlı dəyişiklik olan və buna baxmayaraq,
yaxşı görən uşaqlar və ya gənclər nəzarətdə saxlanılır.
Bu yaş qrupunda, göz nömrəsinin dəyişməsi gözlənilən bir şey ikən bu narahatlıqda
miopiya və astiqmatizm nömrələri daha sürətli irəliləyir və irəliləməklə
birlikdə bu uşaqlar eynəklərindən istədikləri effekti ala bilmirlər. Bu xəstələrə, xüsusi diqqət
yetirilməlidir. Bundan əlavə, erkən
dövrdə ifadə edilən şikayətlər arasında parıltı, görmə pozğunluğu (əyri ölçüdə
bir cisim görmək), görüntünün çoxalması (bir cismi bir neçə dəfə yan-yana görmək)
və gecə görmə qabiliyyətinin pozulması var.
Xüsusilə uşaqlıqdan bəri allergiyası olan, bu səbəbdən gözlərini mütəmadi
olaraq ovuşduran və gözdə travmaya səbəb olan xəstələrdə görülür.
Keratokonus və Allergiya
Allergiya səbəbindən gözü sərt ovuşdurmaq, gözün
sulanması, qaşınması və çirklənməsi ilə başlayır ve bu da zamanla keratokonusa
yol aça bilər.
Keratokonusa
kimlərdə rast gəlinir?
İstiliyin və allergiyanın
çox olduğu bölgələrdə daha çox müşahidə olunur. Xüsusilə 15 - 16 yaşlarında, yəni yeniyetməlik dövründə
və daha erkən yaşlarda görülə bilər. Hər
il göz müayinəsi etdirmək və simptomlara diqqət yetirmək vacibdir. Bu göz problemi 35 – 40 yaşlarına qədər irəliləyə bilər. 40-lı yaşlardan sonra çox az hallarda rast gəlinir. Amma kiçik yaşlarda daha çox rastlanır. Eyni zamanda, genetik bir xəstəlik olduğu üçün ailəsində
bu xəstəliyə sahib olan insanlar, hər il mütləq göz nəzarətindən keçməlidirlər.
Keratokonus Diaqnozu
Xəstəliyin diaqnozu, rutin göz müayinələrində göz nömrəsi mütəmadi
olaraq artan xəstələrdə, şübhələnilən və ya ailəsində bu problemdən əziyyət çəkən
xəstələrə edilən bəzi müayinələr ilə təyin olunur. Xüsusilə göz topoqrafiyası
dediyimiz ətraflı müayinə nəticəsində bir neçə dəqiqə ərzində nəticə almaq
mümkündür.
Keratokonus və Kontak Linzalar
Artıq keratokonusu irəliləməyən xəstələrdə (35-40 yaş arası) eynək və
kontakt linzalarla görmə keyfiyyətini artırmağı tövsiyə edə bilərik. Xüsusilə
keratokonus üçün istifadə olunan linzalar əvvəllər yalnız sərt linzalar idisə,
indi yarı sərt, yumşaq mərkəzli və sərt linzalar kimi təsnif edilir. Kontakt
linzalardan istifadə edəcək xəstələrin bir az səbrli olmaqlarına ehtiyac
vardır, çünki uyğun linzaların tapılması, vaxt tələb edən prosesdir. Linzaları
taxıb-çıxarmaq və bəzi məşqlər, 2 saat, bəzən 6-7 saat çəkə bilər. Xəstə yenə
də kontakt linzalar və eynək taxmaqda çətinlik çəkirsə, halqa müalicə metodu,
seçilmiş xəstələr üçün tövsiyə olunur.
Keratokonus Əməliyyatı
Bu vəziyyətdə müalicələr də fərdiləşdirilir, yəni hər xəstəyə fərqli bir
prosedur tətbiq edilə bilər. Günümüzdə cərrahi müalicələrdə ən çox görülən
tətbiq isə çarpaz bağlama və ya radioterapiya olaraq bilinən Cross-linking
dediyimiz müalicədir. Bu müalicə üsulu, xəstəliyin inkişafını dayandıran bir
prosesdir.
Cross-linking prosedurunda damcı anesteziyasından istifadə olunur. Əvvəlcə,
buynuz qişanın qarşısındakı çox nazik bir təbəqə olan epiteliya toxuması
çıxarılır. Bundan sonra Riboflavin vitaminini 3 dəqiqəlik fasilələrlə yarım
saat damlatmaq və son mərhələdə 30 dəqiqə ultrabənövşəyi şüa (UVA) tətbiq etmək
lazımdır. Prosedurdan sonra xəstənin gözünün sarğıya ehtiyacı yoxdur. Birinci
və üçüncü günlərdə müayinədən sonra qoruma məqsədi ilə taxılan kontakt linzalar
çıxarılır. Əməliyyatdan sonra xəstələr bir müddət bulanıq görə bilərlər, ancaq
bu müvəqqətidir. Prosedurdan sonra xəstənin mütəmadi olaraq göz damlaları
istifadə etməsi də çox vacibdir. Bu əməliyyatın əsas məqsədi xəstəliyi
dayandırmaqdır. Bu prosedurdan sonra xəstəyə keratokonusa xas eynək və ya
kontakt linzalar tövsiyə olunur. Xəstə görmə keyfiyyətindən hələ də razı
deyilsə, digər müalicə üsulları tövsiyə olunur.
İkinci müalicə üsulu isə halqa müalicəsi metodudur. Başqa sözlə, “kornea ring” müalicəsi. Bu metodun məqsədi xəstənin görmə
keyfiyyətini artırmaqdır. Kontakt linzalar üçün uyğun olmayan xəstələrdə
üstünlük verilən bir üsuldur. Bu üsulda daha əvvəl bıçaqdan istifadə edilirdi.
Ancaq hazırda, Femtosaniyəli lazer təxminən 10 saniyədə bir kanal yaradır və
halqanın yerləşdirilməsi 1-2 saniyə çəkir. Bu əməliyyatda damcı anesteziyası
istifadə olunur və bu müddət ümumilikdə 3-4 dəqiqə çəkir. Xəstə o gün gündəlik həyatına
davam edə bilər, göz sarğısına ehtiyac yoxdur. İntra lazer demək olar ki,
mükəmməl olduğundan heç bir tikiş yoxdur, buna görə ağrı minimaldır.
Məhdud və seçilmiş xəstələrdə, fərqli cərrahi əməliyyatlar və göz içi linza
tətbiqləri edilə bilər.
Keratokonus Əməliyyatından Sonra
Cərrahi bir müdaxilə olduğu üçün xəstələrdən dərmanlarını mütəmadi olaraq
istifadə etmələri gözlənilir. Xəstə, ovuşduraraq gözünü qətiyyən qaşımamalıdır.
Gözlər əməliyyat edildiyi üçün günəşə həssaslıq yarana biləcəyindən, gün
ışığında günəş eynəyindən istifadə etmək mütləqdir. Mikroblu şəraitdən uzaq
durulmalıdır.
Keratokonus Müalicə olunmazsa nə baş verər?
Bütün xəstəliklərdə olduğu kimi bu xəstəlikdə
də erkən diaqnoz çox vacibdir. Bəzən narahatlıq o qədər inkişaf etmişdir ki, kornea
son dərəcə kəskin, əyri və qeyri-şəffaf hala gəlir. Təəssüf ki, xəstə yalnız
kornea nəqli ilə xilas ola bilər. Lakin, bugün erkən diaqnoz və müalicə asanlıqla
həyata keçirilə bildiyindən, xəstəliyin inkişafı Cross-linking ilə dayandırıla
bilər. Cross-linking vasitəsilə xəstəlik irəliləmədən xəstə kornea nəqlinə qədər
müalicə olunur.