Lazer Göz Əməliyyatı
Lazer Göz Əməliyyatı
Lazer əməliyyatı, bir çox göz qüsurunu uğurla aradan qaldıra və ya minimuma endirə bilər. Excimer Lazer əməliyyatı miopiya, hipermetropiya, astiqmatizm və presbiopiya kimi bir çox göz qüsuruna çarə ola bilər. 

Lazer əməliyyatı necə edilir?

Lazer texnologiyası uzun müddətdir ki, bir çox xəstəliyin müalicəsində uğurla istifadə olunur. Bu texnologiyaya, xəstəliklərin sürətli və ağrısız müalicəsini təmin etdiyi üçün üstünlük verilir. 

Lazer əməliyyatının üsulları 

Dünyada ən çox istifadə olunan lazer müalicəsi üsulu LASİK üsuludur. Doğru fokuslanma və aydın görmə, gözün şəffaf təbəqəsi olan korneanın, görmə pozğunluğu dərəcəsinə görə, kompüter tərəfindən proqramlaşdırılmış lazer şüası ilə yenidən formalaşdırılması nəticəsində əldə edilir. Lazerlə görmə pozğunluqlarını düzəltmək üçün PRK LASEK, iLASIK və ya SMILE texnikasından istifadə olunur.

Lazer əməliyyatı kimlərə uyğundur?

18 yaşına qədər eynək nömrələrində dəyişiklər olduğu üçün, lazer əməliyyatını əsasən 18 yaşından yuxarı şəxslər etdirə bilər. Kornea toxumasının qalınlığının uyğun olması da vacib amillərdən biridir. Çünki bu müalicə ilə korneanın yuxarı səthində nazik bir təbəqə kəsilir və qapaq kimi açılan kornea səthinə lazer tətbiq olunur. Məhz buna görə kornea qalınlığının əməliyyat üçün uyğun olması vacibdir. Lazer əməliyyatı 1-10 dərəcə arası miopiya, 1-6 dərəcə arası hipermetrop və astiqmatizmdən əziyyət çəkən və lazerə uyğun olan gözlərə müvəffəqiyyətlə tətbiq oluna bilər. İlkin müayinə ilə lazer əməliyyatına uyğun olub-olmadığınız müəyyən olunur.

Lazer əməliyyatı kimlərə uyğun deyil

Xalq arasında  "göz korreksiyası" olaraq bilinən bu müalicə metodundan faydalanmaq üçün bəzi kriteriyalara cavab vermək lazımdır.
• Hamilələr
• Şəkər xəstələri
• Uşaq əmizdirən qadınlar
• Revmatizma xəstəliyi olanlar
• Göz təzyiqi və ya katarakt kimi göz xəstəliyi olanlar lazer əməliyyatı etdirə bilməzlər.



Bu internet sitesi veri politikalarına uygun çerezler kullanır. Bu internet sitesine bakmaya devam etmeniz, çerez kullanımımızı kabul ettiğiniz anlamına gelir. Detaylar için tıklayınız.
x
Əlaqə Forması COVİD-19 Tədbirləri