Qlaukoma (Göz Təzyiqi Tibbi və Cərrahi Müalicə)
Qlaukoma (Göz Təzyiqi Tibbi və Cərrahi Müalicə)
Qlaukoma, erkən diaqnoz qoyulub müalicə olunmazsa, görmə itkisinə səbəb ola biləcək bir xəstəlikdir. Bu səbəbdən hər il rutin göz müayinəsi ilə göz təzyiqi yoxlanılmalıdır.

Qlaukoma, görmə siniri zədələnməsinin baş verdiyi bir sıra hallar üçün istifadə olunan termindir. Qlaukomanın əsas səbəbi, göz içindəki təzyiqin yüksək olmasıdır. Görmə sinir dövranının pozulduğu, toxuma zəifliyi və ya struktur pozğunluqlarının olduğu hallarda görmə siniri təzyiqə daha həssas ola bilər.
    

Qlaukoma simptomları

• Səhərlər ortaya çıxan baş ağrıları
• Bəzən bulanıq görmə
• Gecələr işıqlar ətrafında parlaq halqalar görmək
• Televizora baxarkən göz ətrafındakı ağrı

Qlaukoma riskini hansı amillər artırır?

• Ailənizdə Qlaukoma olması (genetik meyl)
• 35 yaşdan yuxarı olması
• Diabet (şəkər xəstəliyi)
• Şiddətli anemiya və ya şoklar
• Yüksək və ya aşağı qan təzyiqi (bədən təzyiqi)
• Yüksək Miopiya
• Yüksək Hiperopiya
• Miqren
• Uzunmüddətli kortizon müalicəsi
• Göz zədələri
• Irqi amillər

Bu xüsusiyyətlərə sahib insanlarda, qlaukoma xəstəliyinə tutulma riski normaldan daha yüksək olduğundan, bu insanların optik sinirdə zədələnmənin erkən aşkarlanması üçün mütəmadi olaraq göz müayinələri aparılması məqsədəuyğundur.


Qlaukoma diaqnozu necə qoyulur?

Göz təzyiqinin izlənməsində və görmə sinirində zədə olub-olmadığını müəyyən etmək üçün istifadə olunur. Bu cihazların məlumatlarını şərh edən qlaukoma mütəxəssislərimiz, xəstənin müalicə müddətini təyin edirlər. Bunlara, görmə sinirinin zədələnməsi səbəbindən görmə itkisinin miqdarını göstərən KOMPÜTERLİ VİZUAL SAHƏ, görmə sinirini və sinir lifini analiz edən OCT (optik sinir tomoqrafiyası) və kornea qalınlığını ölçə bilən PAXİMETRİYA cihazları daxildir.  Bu cihazlar, qlaukomanın diaqnozunda böyük əhəmiyyətə malikdir.


Qlaukoma necə izlənilir?

Qlaukoma irəliləyən bir xəstəlik olduğundan, təqibi çox vacibdir.  Xəstəliyin inkişaf sürəti, mütəmadi kompüterləşdirilmiş vizual sahə və OKT müayinələri ilə bir müddət sonra ortaya çıxır.  Bu inkişaf sürətindən istifadə edərək həkiminiz sizin üçün xüsusi bir müalicə planı hazırlayacaqdır.  İnkişaf sürəti təyin olunmadan, qlaukoma müalicəsi təəssüf ki, tamamlanmır.

Qlaukoma müalicəsi

Qlaukoma müalicəsi göz sağlamlığı üçün çox vacibdir.  Qlaukoma, (xalq arasında göz təzyiqi kimi tanınır) əsasən 40 yaşdan yuxarı insanlarda rastlanan, illərlə inkişaf edən və görmə üçün lazım olan optik sinirə zərər verən bir xəstəlikdir.  Qlaukoma səbəbindən görmə itkisi olduqda, bu problemi bərpa etmək mümkün olmur.  Bu səbəbdən erkən diaqnoz və müalicə çox vacibdir.

Diqqətli bir göz müayinəsi erkən diaqnoz üçün vacibdir.  Mərkəzimizdə qlaukomanın erkən diaqnozu və müalicəsi ən müasir texnoloji cihazları ilə həyata keçirilir.

 Qlaukomanın müalicəsi üç yolla edilir:
• Dərman
• Lazer terapiyası
• Cərrahi müalicə

Dərman müalicəsi: Bu  müalicə növündə müxtəlif damcılardan istifadə olunur.  Bu damcılar fərqli təsir mexanizmləri ilə göz içi təzyiqi azaldır, mütəmadi olaraq və müəyyən fasilələrlə həyat boyu istifadə olunur.  İlkin müalicə uğurlu olmadığı təqdirdə, ikinci bir damla əlavə olunur.  Yenə də göz təzyiqi azalmasa, müalicə edən həkimin rəyinə görə üçüncü bir damla əlavə edilir və ya digər müalicə metodlarından istifadə olunur.

Lazerlə müalicə: Qlaukomanın müalicəsində, dərman müalicəsinə kifayət qədər reaksiya verməyən xəstələrdə lazer proseduru tətbiq edilə bilər.

Cərrahi Müalicə: Cərrahiyyə ilə gözün ağ hissəsində kiçik bir kanal açılır.  Kənardan görünməyəcək qədər kiçik olan bu kanal, göz içindəki yüksək təzyiqli mayenin boşaldılmasını asanlaşdırır.

İnkişaf etməkdə olan texnologiya və yeni metodlarla heç bir tikiş istifadə edilmədən göz təzyiqini azaldan əməliyyatlar və ya daha inkişaf etmiş hallarda bir borunun köməyi ilə gözdən mayeni çıxara biləcək əməliyyatlar edilə bilər.




Bu internet sitesi veri politikalarına uygun çerezler kullanır. Bu internet sitesine bakmaya devam etmeniz, çerez kullanımımızı kabul ettiğiniz anlamına gelir. Detaylar için tıklayınız.
x
Əlaqə Forması COVİD-19 Tədbirləri