ReLEx SMILE Lazer
1990-cı
ildən bəri görmə
pozğunluqlarında istifadə
olunan və 2000-ci ildən sonra bıçaqsız həyata keçirilən,
lazer texnologiyası metodunda
əldə edilən son nöqtə
olan ReLEx SMILE,
Batıgöz təcrübəsi və
keyfiyyəti ilə tətbiq olunur.
Smile lazer
ən yeni, 3-cü
nəsil lazer refraksiya
əməliyyatıdır.
LASIK-də lazer tətbiq etmək
üçün böyük bir kəsik tələb olunsa da,
SMILE-də bu kəsik
2 mm-ə endirilir.
Lazer müalicələrində
inqilabi olan və xüsusilə
yüksək miyopiyada
çox yaxşı nəticələr verən ReLEx SMILE müalicəsi tək lazerlə
və bıçaqsız həyata keçirilir.
Femto LASIK metoduna nəzərən, nisbətən daha kiçik bir kəsiklə
disk çıxarılması
(lentikul) şəklində
həyata keçirilir.
Bunun sayəsində
yüksək göz nömrəsinə sahib olan xəstənin təhlükəsiz müalicə,
daha az batma,
yanma, daha sürətli sağalma və
daha az quru göz problemi kimi
üstünlükləri vardır.
Smile lazer cərrahiyyəsində,
Carl Zeiss Meditec'in patentləşdirilmiş
texnologiyası olan və FDA tərəfindən təsdiqlənmiş
VisuMax femtosaniyəli lazerdən istifadə
edilir. SMILE prosesində
cərrah femtosaniyəli lazerdən istifadə
edərək buynuz qişada linza
şəklində kiçik bir toxuma
(lentikul) yaradır.
Daha sonra eyni lazerlə
kornea səthində
kiçik bir yay
şəklində kəsik açılır və cərrah lentikulu bu kəsikdən
çıxarır. Kiçik lentikul
çıxarıldıqda miopiya düzəldilir və
kornea şəkli dəyişdirilir.
Kornea kəsiyi tikişsiz,
bir neçə gün
ərzində sağalır və
kəskin görmə
qısa müddətdə bərpa olunur.
ReLEx Smile Lazer kimlərə tətbiq oluna bilər?
- 18 yaş və ya daha böyük olmalısınız.
- Son bir ildə göz nömrələriniz dəyişməməlidir.
- Miopiyanız -1.00 ilə -10.00 dərəcə arasında, astiqmatizminiz -5.00
dərəcədən böyük olmamalıdır.
- Göz və kornea sağlamlığınızın ümumi vəziyyəti uyğun olmalıdır.
Aktiv həyat tərziniz
və ya işiniz varsa, SMİLE sizin üçün LASIK və ya oxşar prosedurlardan daha
yaxşı bir seçim ola bilər. Kifayət qədər aktiv birisinizsə, yalnışlıqla kornea qapağını yerindən oynadaraq
problem yarada bilərsiniz. SMILE, LASIK kimi bir qapağın kornea içərisində
kəsilməsini əhatə etmədiyi üçün, qapaq yaradıldıqdan sonra yarana biləcək
fəsadlar da istisna edilir.
Bu səbəbdən ReLex
SMILE Lazer metodu aktiv həyat tərzi olan insanlar və peşəkar idmançılar üçün
ən uyğun əməliyyat üsulu olaraq ortaya çıxır.
ReLEx Smile Lazer kimlərə tətbiq olunmur?
- Nömrələri dəyişən xəstələr.
- Hiperopiya xəstələri (SMILE ilə
hiperopiya müalicəsi işləri davam edir; gələcəkdə hiperopiya xəstələrinə
tətbiq oluna biləcəyi düşünülür.)
- 18 yaşdan kiçiklər.
- Dəri və ya yaxşılaşmaya təsir
edə biləcək digər xəstəliklərin olması.
- Həddindən artıq çapıq və ya
keloid əmələ gəlməsi.
- Kornea degenerasiyası və ya
xəstəliyi olanlar.
- İnkişaf etmiş qlaukoma
xəstəliyi olanlar.
- Görmə qabiliyyətinə təsir edən
katarakt xəstəliyi olanlar.
- Nəzarətsiz diabet.
- Bəzi göz infeksiyaları keçmişi
olanlar.
- Hamilə və ya ana südü verənlər.
ReLEx Smile Lazer zamanı yaşayacaqlarınız
Əməliyyatdan əvvəl çox
detallı göz müayinəsi nəticəsində göz quruluşunuzun SMİLE əməliyyatına uyğun
olub-olmadığı qiymətləndirilməlidir. Əməliyyat zamanı təxminən 27 saniyə çəkən
bir lazer proseduru var. Göz oynamasını əngəlləyən vakuum halqası yerleşdirildikdən
sonra lazer tətbiq olunur və həkiminiz kornea içindəki hissəni sadəcə 2 mm olan bir kəsikdən çölə çıxarır. Əməliyyatdan sonra gün boyunca istirahət etməyiniz məsləhətdir.
Gün boyu davam edəcək
sulanma, işıqlarda parıltı və gözlərdəki həssaslıq tamamilə normaldır və damcılar
vasitəsilə bu problem minimum səviyyəyə endirilə bilər.
ReLEx Smile Lazer-in faydaları
Əməliyyatdan dərhal sonra kornea qapağı yaratmaq üçün böyük
bir kəsik edilmədiyindən, qapaq toxuması ilə əlaqəli, qapağın qatlanması və
uyğun gəlməməsi kimi komplikasiyalar gözlənilmir. Gözdə yaranan hər hansı bir
travmada qapağın yerindən çıxma riski aradan qaldırılır. Daha az kornea kəsikləri
meydana gəldiyindən, kəsilən sinirlərin sayı daha az olur və hissiyyat itkisi səbəbiylə
göz quruluğu minimum səviyyələrə endirilir. Strukturlaşdırılmış prosedur nəticəsində
xəstə görmə rahatlığını bərpa edir.
SMILE yüksək görmə qüsurlarında istifadə olunduğu üçün
(miopiyada 10 dərəcəyə, astiqmatizmdə 5 dərəcəyə qədər) yüksək görmə keyfiyyətini
təmin edir.