Rəng korluğu testi
Rəng korluğu testi
Rəng korluğu irsi xəstəlikdir və kişilərdə qadınlardan daha çox rastlanır. Gözün görmə mərkəzindəki xüsusi piqmentlər olmadığı və ya az olduğu təqdirdə rəng korluğu xəstəliyi ortaya çıxır. Rəng korluğundan əziyyət çəkən insanlar əsasən yaşıl və qırmızı rəngləri, nadir hallarda isə  mavi və sarı tonları ayırd edə bilmirlər. Bəzi rəng korları dünyanı yalnız qara və ağ rəngdə görürlər. Rəng korluğu xəstəliyinizin olub-olmadığını öyrənmək üçün internetdə müxtəlif rəng korluğu testləri mövcuddur. Bu testləri tətbiq edərək, siz də rəng koru olub-olmadığınızı asanlıqla anlaya bilərsiniz. Bununla birlikdə daha ətraflı məlumat almaq və rəng korluğu dərəcəsini öyrənmək üçün göz müayinəsindən keçməyinizi məsləhət görürük.
Bu internet sitesi veri politikalarına uygun çerezler kullanır. Bu internet sitesine bakmaya devam etmeniz, çerez kullanımımızı kabul ettiğiniz anlamına gelir. Detaylar için tıklayınız.
x
Əlaqə Forması COVİD-19 Tədbirləri