Fako metodu ilə katarakt müalicəsi
Fako metodu ilə katarakt müalicəsi
Katarakt, göz bəbəyinin arxasında yerləşən gözün təbii mərcəyinin şəffaflığını itirərək bulanıqlaşması deməkdir. Bu xəstəlik sonradan yaşla birlikdə ortaya çıxa biləcəyi qədər, eyni zamanda anadangəlmə də ola bilər. Körpələrdə və uşaqlarda da rastlamaq mümkündür. 

Kataraktın dərmanla müalicəsi mümkün olmadığı üçün yeganə müalicə üsulu əməliyyatdır. Bununla birlikdə, bu cərrahi prosedurlar qısamüddətlidir. 

İnkişaf edən texnologiya ilə - daha çox lazer katarakt əməliyyatı olaraq tanınan FAKO üsulu ilə kataraktdan bir neçə dəqiqə ərzində xilas olmaq mümkündür. 

İnfeksiya riski yüksək olduğundan, əməliyyat eyni anda hər iki gözə də təbiq olunmur və arada 1-2 günlük fasilə verilir. Prosedur qısa müddətdə 15-20 dəqiqə ərzində tamamlanır. Xəstə 1-2 gün ərzində maşın sürmək, televizor izləmək və kitab oxumaq kimi gündəlik fəaliyyətlərinə qayıda bilər. Prosedura ba.lamazdan əvvəl xəstənin gözü bəzi damlalarla keyidilir, daha sonra isə 2 mm-lik kiçik bir kəsik açılaraq Torsional Fako Enerjisi (Ultrasəs Enerjisi) ilə kataraktlı mərcək əridilir.

Əriyən linzanın yerinə əvvəlcədən təyin olunmuş ağıllı linzalar yerləşdirilir. Kəsik kiçik olduğundan tikiş tələb olunmur və yara tez sağalır. 

Yaradılma Tarixi : 13.06.2022
Yeniləmə Tarixi : 09.01.2023
Redaktor : Yeliz Yiğit
Bu internet sitesi veri politikalarına uygun çerezler kullanır. Bu internet sitesine bakmaya devam etmeniz, çerez kullanımımızı kabul ettiğiniz anlamına gelir. Detaylar için tıklayınız.
x
Əlaqə Forması COVİD-19 Tədbirləri