No Touch Lazer
No Touch Lazer
Kontakt Linza və eynəklərdən azad olmağın ən effektiv yollarından biri lazer əməliyyatıdır. No Touch Lazer, gözə təmas etmədən tətbiq olunan cərrahi metoddur. No Touch Lazer metodu, uzaqdakı işıq qaynağına maksimum 50 saniyə baxaraq tətbiq olunan bir müalicə üsuludur.


No Touch Lazer kimlərə tətbiq oluna bilər?

Detallı həkim müayinəsindən sonra xəstənin göz quruluşu bu əməliyyat üçün uyğun olduğu təqdirdə, miopiya, hipermetropiya ve astiqmatizm xəstələrinə tətbiq oluna bilər. Xüsusilə kornea quruluşu incə olan və ya kornea səthi dik olan şəxslərə No Touch Lazer müalicəsi məsləhət görülə bilər.  
 

No Touch Lazer tətbiqi 

Müalicə, anestezik bir damcı damladılaraq və cihazdan çıxan şüalara baxılaraq tətbiq olunur. Bu zaman gözlə heç bir təmas olmur. Xəstə bu proses zamanı ağrı hiss etmir. Əməliyyat çox qısa zamanda tamamlanır və tətbiqindən sonra sarğıya ehtiyac yoxdur.
 

No Touch Lazer tətbiqindən sonra sağalma müddəti

Tətbiqdən sonra gözlərdə batma, yanma, qızarıqlıq və bulanıqlaşma meydana gələ bilər. Ancaq xəstə müalicə edildikdən 5 gün sonra gündəlik həyatına qayıda bilər. Müalicə müddətini, həkimin məsləhət gördüyü şəkildə tamamlamaq vacibdir. 

No Touch Lazerin avantajları 

Müalicə qısa zamanda tamamlanır
Müalicə zamanı xəstə ağrı hiss etmir
Tək seansda iki gözə də tətbiq olunur 
Göz korreksiyası edilməz
Müalicə sonrası sarğıya ehtiyac yoxdur
Korneası incə olan xəstələrə tətbiq oluna bilər 
Retina yırtılması riski olmur
Membranın qırışması və ya membranın altında hüceyrə yığılması kimi problemlər yoxdur.
Yaradılma Tarixi : 15.12.2022
Yeniləmə Tarixi : 06.01.2023
Redaktor : Yeliz Yiğit
Bu internet sitesi veri politikalarına uygun çerezler kullanır. Bu internet sitesine bakmaya devam etmeniz, çerez kullanımımızı kabul ettiğiniz anlamına gelir. Detaylar için tıklayınız.
x
Əlaqə Forması COVİD-19 Tədbirləri