Gözdə uçuşan qara nöqtələr
Gözdə uçuşan qara nöqtələr
Daha çox yaşı irəliləmiş insanlar, gözdə qara nöqtələrdən şikayət edirlər. Bu göz xəstəliyi, zamanla inkişaf edərək şəxsi narahat edəcək səviyyəyə çata bilər. Bəzi insanlar, bunun psixoloji və ya təzyiq düşməsi səbəbindən olduğunu düşünsə də, bu göz xəstəliyidir.  
 

Niyə gözümüzün qarşısında qara nöqtələr görürük?

Gözə daxil olan işıq, gözün rəngini verən irisin ortasındakı gözbəbəyindən keçir. Daha sonra isə göz linzası və Vitreusdan keçərək retinaya fokuslanır. Vitreus, yumurta ağının qatılığında olan şəffaf bir quruluşdur. Vitreusda çox incə və nizamlı liflər var. Əsasən, ətrafı açıq şəkildə görməyimiz vitreusun şəffaflığından asılıdır.
Bəzi hallarda bu liflər arasındakı nizam pozulur və liflər qalınlaşaraq görünür. Yəni, bu uçuşan qara cisimlər, gözümüzün önündə deyil, əslində içindədir. Gözlərimizdə qara ləkələr olaraq gördüklərimiz əslində liflərdir. Bunu daha çox parlaq və ya ağ bir arxa fona baxarkən hiss edirik.
Aşağıdakı hallar gözdə qara nöqtə görməyə səbəb ola bilər:       

  • Miopiya olan şəxslərdə bu narahatlıq daha sıx görülür,
  • Göz yaralanmalarından sonra, 
  • Katarakt əməliyyatından sonra,
  • Katarakt əməliyyatından sonra,
  • Göz içi iltihabı.

Gözümüzün qarşısında uçuşan cisimlər görmək xəstəlikdirmi?

Bu problem, tək başına bir xəstəlik olmasa belə, gözdəki bəzi xəstəliklərin əlamətləri ola bilər. Məsələn, gözdə qara nöqtələr görmək, retina yırtılması kimi vacib xəstəliyin əlaməti ola bilər. Retina yırtılması erkən diaqnoz edildiyi təqdirdə, lazer metodu ilə müalicə edilə bilən bir xəstəlikdir.
 
 

Uçan cisimlərin müalicəsi varmı?

Uçan cisimlərin səbəbi retina yırtılmasıdırsa, erkən diaqnoz nəticəsində lazerlə müalicə edilə bilər. Lakin, lazerlə müalicə yalnız retina yırtılmasının qarşısını almağa kömək edir, gözdəki qara nöqtələri müalicə etmir.

Lazer Vitreoliz Texniki cəhətdən uyğun lazer avadanlıqları, xüsusi lazer linzaları və təcrübə tələb edən bir prosedurdur. Bütün uçuşan cisimlər müalicə edilə bilməz. Lazer vitreoliz müalicəsinin təcrübəli əllərdə nadir riskləri, retina yırtığı və retina dekolmanının inkişafıdır.

Əksər insanlar gözdə qara nöqtələr görməkdən narahat olmur, buna görə əməliyyat məsləhət görülmür. Əgər insan gündəlik işlərini edə bilmirsə, bu problem vikrektomiya əməliyyatı ilə həll olunur və insan problemsiz yenidən həyatına davam edə bilir. Doğru həll və müalicə üçün Batıgöz ilə əlaqə saxlaya bilərsiniz.
Əgər gözdə qara nöqtə görmə halı anidən inkişaf edirsə:
Ani işıq parlaması baş verərsə və ya görmə itkiniz varsa, dərhal bir oftalmoloqa müraciət edin.  Ümumiyyətlə, insanların çoxunun uçan cisimləri görüb laqeyd yanaşması, inkişaf edə biləcək ciddi problemlərin gec diaqnozuna səbəb ola bilər.

Yaradılma Tarixi : 12.03.2022
Yeniləmə Tarixi : 19.06.2023
Redaktor : Yeliz Yiğit
Bu internet sitesi veri politikalarına uygun çerezler kullanır. Bu internet sitesine bakmaya devam etmeniz, çerez kullanımımızı kabul ettiğiniz anlamına gelir. Detaylar için tıklayınız.
x
Əlaqə Forması COVİD-19 Tədbirləri