Eynək və göz gimnastikası programları ilə düzəlməyən hallarda, anadangəlmə çəpgözlükdən əziyyət çəkən xəstələr əməliyyata yönləndirilir. Bu müalicə üsulu ilə gözümüzdəki 6 əzələdən bəziləri gücləndirilir, bəziləri zəiflədilir və ya bəzilərinin təsir nöqtələri dəyişdirilir. Çəpgözlükdə daha çox erkən yaşlarda müalicəyə üstünlük verilsə də, yetkin yaşda da müalicə mümkündür.
Əməliyyat əsasən ümumi anesteziya altında aparılır. Əməliyyat bitdikdən sonra göz bağlanır. Əməliyyatdan sonra birinci gün göz açılır və gözə sarğı edilir. Bundan sonra göz bağlanmır və ağrı olmur, əsasən gözdə yüngül batma hiss oluna bilər. Xəstələr əməliyyatdan 6-7 gün sonra gündəlik həyatlarına qayıda bilərlər. Gözdəki qızartı təxminən 3-4 həftə davam edir və göz damcılarının istifadəsi ilə tədricən azalır.
Çəpgözlüyün müalicəsi
Çəpgözlük bir neçə səbəbdən qaynaqlandığına görə, müalicəsi də xəstədən-xəstəyə fərqlənir.
Eynəklə müalicə
Çəpgözlüyün bəzi növləri refraktiv qüsurlar sayəsində inkişaf edir və eynəklə müalicə oluna bilir. Eynək istifadə etdikcə gözdəki çəpgözlük də zamanla düzəlir.
Qapama müalicəsi
Bu müalicə növü xəstənin gözündə tənbəllik olduğu təqdirdə tətbiq olunur. Tənbəl gözün işləməsini təmin etmək üçün sağlam göz müəyyən aralıqlarla bağlanır.
Ortoptik müalicə
Ortoptik müalicə üsulu hər iki gözə görmə qabiliyyətini və dərinlik qavrayışını təkrar qazandırmaq üçün tətbiq olunan, göz üçün nəzərdə tutulan kompüter dəstəkli məşqlərdən ibarətdir və bir növ fizioterapiya olaraq qəbul olunur. Bu müalicə üsulu çəpgözlüyü müalicə etməklə yanaşı, avtomobil sürərkən, futbol və stolüstü tenis kimi zamana və məsafəyə uyğunlaşmağa ehtiyac duyan idman növləri ilə məşğul olarkən daha rahat olmağımızı təmin edir.
Cərrahi müdaxilə
Cərrahi müdaxilə zamanı tətbiq ediləcək metod, çəpgözlüyün növünə və dərəcəsinə görə dəyişir. Bu müalicə üsulu ilə gözümüzdəki 6 əzələdən bəziləri gücləndirilir, bəziləri zəiflədilir və ya bəzilərinin təsir nöqtələri dəyişdirilir. Çəpgözlük əməliyyatı uşaqlarda ümumi anesteziya, böyüklərdə isə lokal və ya ümumi anesteziya ilə edilir.
Botoks
Botoks əsasən ifliclə bağlı çəpgözlük hallarında, əməliyyat olub, lakin tam sağalmayan xəstələrdə və zob səbəbiylə göz strabismusu olan xəstələrdə daha təsirli olur və müalicə məqsədilə istifadə edilə bilər. Strabismusun qalıcı və ya müvəqqəti olmasına görə müalicə təkrarlana bilər.
Çəpgözlük əməliyyatı nə qədər davam edir?
Əməliyyat müddəti, müdaxilə olunan əzələlərin sayına görə dəyişir, orta hesabla 1 saat davam edir.
Əməliyyatdan sonra bərpa prosesi
Xəstələr əməliyyatdan 6-7 gün sonra gündəlik həyatlarına qayıda bilərlər. Gözdəki qızartı təxminən 3-4 həftə davam edir və göz damcılarının istifadəsi ilə tədricən azalır.
Çəpgözlük əməliyyatı risklidir?
Hər cərrahi prosedurda olduğu kimi, çəpgözlük əməliyyatında da risk ehtimalı var. Hər bir risk ehtimalı, təcrübəli cərrahlar tərəfindən minimuma endirilir.
Çəpgözlük əməliyyatından sonra yenidən sürüşmə halı
Əməliyyat olunan gözün görmə qabiliyyəti nə qədər yaxşıdırsa, yenidən sürüşmə riski o qədər az olur.
Çəpgözlük əməliyyatının qiymətləri
Xəstə müayinəsi olmadan onlayn qiymət haqqında məlumat verilməsi uyğun deyil.İlk olaraq mütəxəssis həkiminiz tərəfindən müayinə olmağınız tövsiyyə olunur. Saytımızda qiymətlərin göstərilməməsinin bir başqa səbəbi, digər cərrahiyyə əməliyyatlarında olduğu kimi, qanunla çəpgözlük əməliyyatı qiymətləri haqqında məlumat verilməsinin qadağan edilməsidir.