Çəpgözlüyün müalicəsi
Çəpgözlüyün müalicəsi, birdən çox metodla mümkündür. Müasir texnologiya ilə
bu problemdən asanlıqla azad olmaq mümkündür. Batıgöz Sağlamlıq Qrupu olaraq
bütün şöbələrimizdə çəpgözlüyün müalicəsi həyata keçirilir.
Çəpgözlük, iki gözün eyni anda bir cisim üzərində cəmləşə bilmədiyi və ya
gözlərin koordinasiyalı hərəkətinin olmadığı klinik bir haldır. Erkən diaqnoz
sayəsində, çəpgözlükdə çox əhəmiyyətli irəliləyiş əldə etmək mümkündür.
Bu
şəkildə uşağınız ibtidai məktəb yaşına çatdıqda; görmə səviyyəsi, dərinlik
qavrayışı və gözlərinin paralelliyi yaşıdlarındakı kimi ola bilər.
Çəpgözlüyün müalicə metodları
Çəpgözlük müalicəsində, görmə kəskinliyinin artırılması,
dərinlik qavrayışının qazandırılması, anormal baş vəziyyətinin və cüt görmənin
düzəldilməsi, sərbəst göz hərəkətlərinin təmin edilməsi və kosmetik problemləri
düzəldilməsi hədəflənir.
Müalicə növü,
xəstənin müayinə nəticələri və şikayətləri əsasında qiymətləndirilərək təyin
olunur.
Çəpgözlük müalicə metodları cərrahi və cərrahi olmayan
üsullar kimi iki əsas başlıq altında toplanır.
Əməliyyatsız üsullar: eynək, prizmatik eynək, ortoptik
müalicə və əməliyyata alternativ və ya test məqsədli botulinum toksinin A tətbiqidir.
Gözlərin paralelliyinin bərpası, cərrahi üsul
vasitəsilə gözlərin hərəkət etməsinə imkan verən əzələlərə müdaxilə edilərək
əldə edilir.
Çəpgözlük müayinəsi
Ölçülə bilən yaş qrupundakı görmə kəskinliyinin
ölçülməsi, eynək müayinəsi və gözün ön və arxa hissələrinin ətraflı müayinəsi
strabismus müayinəsinin ayrılmaz hissəsidir.
Çəpgözlük, beyin şişi və ya retinoblastoma kimi həyati
təhlükəli göz şişinin əlaməti olduğu üçün göz dibi müayinəsi həyatı xilas edə
bilər.
Pediatrik göz klinikalarında istifadə olunan əl
otorefraktometri və elektron retinoskop "spot vision" bir neçə dəqiqə
ərzində uşaqların eynəyə ehtiyacının aşkarlanması baxımından ən asan üsul hesab
olunur. Bundan əlavə, 'spot vision' cihazı iki gözün fokusunu ayrı-ayrılıqda
araşdırır və gözlərin çəplik bucağı haqqında fikir verir.