Kornea topoqrafiyası
Kornea topoqrafiyası lazerlə müalicə prosesi
başlamadan əvvəl tətbiq olunmalıdır.
Xüsusilə keratokonus xəstəliyində
və kornea üzərində ediləcək hər hansı bir cərrahi əməliyyatdan əvvəl xəstənin
kornea quruluşu haqqında məlumat verən bir müayinədir.
Korneanın həm ön, həm də arxa səthlərini ətraflı
skan edərək, halqalar şəklində rəngli xəritəsini yaradan diaqnostik metoddur. Bu kompüterləşdirilmiş cihazla kornea qalınlığı,
korneanın ön və arxa səth əyrilikləri, ön kamera dərinliyi, kornea diametri və
qırılma gücü təyin olunur.