Quru göz testi
Göz quruluğunun müxtəlif səbəbləri var:
Linzaların uzunmüddətli istifadəsi, kondisionerli
mühitlər, gözlərdəki cərrahi əməliyyatlar, uzun müddət parlaq ekrana (kompüter,
televizor, planşet, mobil telefon və s.) baxmaq, siqaret çəkmək, revmatizm və
ürək xəstəlikləri, şəkər xəstəliyi, qlaukoma, yaşlılıq, ətraf mühit faktorları
və bəzi dərmanlar.
Göz yaşı bir növ gözü yuyur, qoruyur və təmizləyir. Göz
yaşı ifrazının kifayət qədər olub-olmaması Schirmer Testi ilə asanlıqla aşkar
edilə bilər. Bu test göz quruluğu və ya həddindən artıq sulanma olduğu, həmçinin
göz yaşı həddən artıq ifraz olduğu halda tətbiq oluna bilər.
Xəstənin alt göz qapağına kalibrlənmiş kağız yerləşdirilir
və müəyyən müddət ərzində kağızın nə qədər
nəm olduğu yoxlanılaraq, diaqnoz üçün lazımi məlumatlar toplanır.
Schirmer Testi lokal anesteziya altında da edilə bilər.