Sarı nöqtə xəstəliyi
Sarı nöqtə xəstəliyi
Günümüzdə bərpa oluna bilməyən görmə itkisinin əsas səbəblərindən biridir. Təxminən 30-50 milyon insan bu xəstəlikdən əziyyət çəkir. Xəstəliyin iki tipi var. Xəstələrin 10% -ində yaş tip, 90% -ində quru tip yaşla əlaqəli makula dejenerasiyası görülür. Bu halda, görmə tədricən zəifləyir. Quru tip yaşla əlaqəli makula dejenerasiyası olanların təxminən 10-20%-i zamanla yaş tipə keçə bilər.


Sarı Nöqtə xəstəliyinə kimlərdə rast gəlinir?


71% halda irsi, 29% halda isə ətraf mühit faktorları rol oynayır. Risk faktorlarından bəziləri yaş, siqaret çəkmə, piylənmə, xroniki xəstəliklər və pəhriz nəticəsində yaranan vitamin əksikliyidir. Pəhriz zamanı, qəbul edilməli olan C, D, E vitamini, selenyum, sink, mis, maqnezium mineralları və A və ß karoten, kriptoksantin, lutein və zeaksantin kimi antioksidanların çatışmazlığı, sarı nöqtə xəstəliyinin ortaya çıxmasında rol oynayır. 55 yaşından yuxarı sağlam insanlara həftədə 1-2 dəfə günəş işığından, siqaretdən imtina etmək, müntəzəm idmanla məşğul olmaq, çəki, qan təzyiqi və xolesterol nəzarət etmək, yağ və şəkərin azaldılması, tünd yaşıl yarpaqlı tərəvəzlərdən, qozdan, meyvələrdən və balıqlardan istifadə etmək tövsiyə olunur. Quru tip sarı nöqtə xəstəliyinin irəliləmiş mərhələsində, AREDS tədqiqatlarında təyin olunan sıx antioksidan dəstəyi tələb olunur.


Sarı Nöqtə xəstəliyində simptomları 


Xəstənin əsas şikayəti, baxdığı yerin ortasını görmədə çətinlik çəkməsi ya da görüntünün tamamilə itməsidir. Xəstəliyin başlanğıcında xüsusilə düz xətlərin qırıq və ya əyri görünməsi, qaraltılar və görüntü keyfiyyətində azalması rast gəlinən əsasə simptomlardır. 


Sarı Nöqtə xəstəliyinin növləri 


Yaşla əlaqədar yaranan sarı nöqtə xəstəliyinin, yaş tip və quru tip olmaqla iki növü var. “Quru tip” daha çox rastlanan və irsi olan növdür. “Yaş tip”-ə daha az rast gəlinsə də, daha sürətli görmə itkisinə səbəb olur.
Yaş tipdə sarı nöqtənin olduğu retina içərisində maye və ya qanama mövcuddur. Bu hal sürətli və ciddi bir görmə itkisinə səbəb olur. Quru tip sarı nöqtə xəstəliyinin zamanla yaş tipə dönmə ehtimalı mümkündür. Quru olan tip, 80% xəstələrdə rastlanır və toxumanı qurudaraq iləriləyir. Yaş tipə çevrildiyi zaman, xəstədə əyri görmə şikayətləri aydın formada artır. Düz xətlərdə qırılmalar, hiss oluna biləcək vəziyyətə gəlir. Əyri, kiçik, böyük və çuxur görmə kimi şikayətlər ola bilər.


Sarı Nöqtə xəstəliyinin müalicəsi


Yaş tip sarı nöqtə xəstəliyində, son illərdə ən çox tətbiq olunan müalicə növü göz içinə anti-VEGF (Vaskulyar Endotheliyal Böyümə Faktoru) dərman inyeksiyalarıdır. Bu dərmanlar, qanamalara və maye toplanmasına yol açan yeni damarların yaranmasını əngəlləyir. Müalicədən yaxşı nəticə ala bilmək üçün erkən diaqnoz və mütəmadi müayinələr mütləqdir.


Sarı nöqtə xəstəliyində damalı kart testi (Amsler Testi)


Amsler kartında, bir-birinə perpendikulyar vəziyyətdə bərabər aralıqlarla sıralanmış, üfüqi və şaquli xətlərin yerləşdiyi, təxminən 10x10 sm ölçüdə bir kvadrat var. Bir göz test edilərkən digər göz qapalı olmalıdır və kart oxuma məsafəsində (30-35 sm) birbaşa açıq gözün qarşısında saxlanılmalıdır və kağızın ortasındakı nöqtəyə baxılmalıdır. Üfüqi və şaquli xətlərdə qırıqların, əyriliklərin və lokal olaraq qeyri-müəyyənliyin olması makulada problem yarandığını göstərir. Xəstə, xəstəliyində hər hansı bir irəliləyiş olub olmadığını təyin etmək üçün bu testi evdə müəyyən aralıqlarla edə bilər.


Sarı nöqtə xəstəliyində tək tərəfli və cüt tərəfli nə mənaya gəlir?


Sarı nöqtə xəstəliyi hər iki gözdə və ya yalnız bir gözdə rast gəlinə bilər. Xəstəlik, bir gözdə olduğu halda təktərəfli, hər ikisində olduğu halda isə cüttərəfli sari nöqtə xəstəliyi adlanır. 

Bu internet sitesi veri politikalarına uygun çerezler kullanır. Bu internet sitesine bakmaya devam etmeniz, çerez kullanımımızı kabul ettiğiniz anlamına gelir. Detaylar için tıklayınız.
x
Əlaqə Forması COVİD-19 Tədbirləri